Bizim tərcümə

Dördtərəfli görüş martın 15-də… Əsəd Moskvada masaya gələcəkmi?

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-03-14 08:00:26

class=”medianet-inline-adv”>

Türkiyə ilə Suriya arasında normallaşma danışıqlarının ikinci mərhələsi başlayır. İki ölkənin xarici işlər nazirlərinin görüşünə hazırlıq iclası martın 14-15-də Moskvada nazir müavini səviyyəsində keçiriləcək. Danışıqlar İranın iştirakı ilə dördtərəfli formatda davam edəcək. Moskvada keçiriləcək görüşlə bağlı ən çox maraq doğuran məqam Suriya lideri Bəşər Əsədin həmin gün Moskvaya gəlib-gəlməyəcəyidir. Kreml üç həftə əvvəl bəyan etmişdi ki, Əsəd martın ortalarında Moskvaya gələ bilər. Moskvada dördtərəfli masa üçün hazırlıqlar davam edərkən Kremlin sözçüsü Dmitriy Peskovdan Əsədin Rusiyaya səfər təşkil edib-etməyəcəyi soruşulub.

Saytların yığılması Saytlarin yigilmasi

DƏMASKIN DƏSTƏKƏ EHTİYACI VAR

Peskov “Narahat olmayın. Səfərlə bağlı açıqlamanı vaxtında verəcəyik”, – deyə o bildirib. Kahramanmaraş mərkəzli zəlzələlər Suriyanın şimal bölgələrində də humanitar böhrana səbəb olub. Qərbin sanksiyaları altında olan Dəməşq rejimi bilir ki, Türkiyə xüsusilə Hələb bölgəsinə yardım çatdırmağın yeganə yoludur. Rusiya Dəməşq administrasiyasına maliyyə dəstəyi verə biləcək yeganə ölkədir. Bundan əlavə, İranın yanacaq dəstəyini kəsməsi səbəbindən çətinlik çəkən Əsəd rejiminin bölgədə normallaşma addımlarına ehtiyacı var. (Nerdun HACIOĞLU)

class=”medianet-inline-adv”>

DƏMƏŞQ İLƏ DANIŞIQLARIN İKİNCİ MƏRHƏLƏSİ

Ankara ilə Dəməşq arasında ilk addım 2022-ci ilin son günlərində Milli Müdafiə naziri Hulusi Akar və MİT rəhbəri Hakan Fidan, Suriya Müdafiə Naziri Əli Mahmud Abbas və Suriya Kəşfiyyat İdarəsinin rəhbərinin görüşü ilə atılıb. Martın 15-16-da Moskvada keçiriləcək görüş İranın iştirakı ilə dördlük şəklində keçiriləcək. Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar rəhbərlik edəcək. İclasda Rusiyanı prezident Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı, Əsəd rejimini isə xarici işlər nazirinin müavini Eymen Susan təmsil edəcək. Bu görüşlə görüləcək hazırlıqların ardından dörd ölkənin xarici işlər nazirlərinin bir araya gəlməsi gözlənilir. (Qonca SENAY/ANKARA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button