2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dövlətə xəyanət ittihamı ilə şərti cəza

Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimova 4 il sınaq müddəti olmaqla, 7 il şərti cəza verilib. O, dövlətə xəyanətdə ittiham olunurdu. Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovsa 5 il azadlıqdan məhrum edilib.

Beş ay Bakı Ağır Cinayətlər Məhkəməsində gedən proses mayın 11-də yekunlaşıb. Hökmü Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası çıxarıb.

Saytların yığılması Saytlarin yigilmasi

Natiq Kərimov 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümünə səbəb olmuş əməliyyatdan az sonra həbs olunmuşdu. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilən Məşədi Natiq təxminən bir ay həbsdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlandıqdan sonra – 2016-cı il yanvarın 19-da ev dustaqlığına buraxılmışdı.

İnqilab Əhədov isə həbsdə saxlanılırdı.

Məhkəmə iş materiallarında dövlət sirri sayılan məlumatların olduğunu əsas gətirərək, onların işinə qapalı baxılmasına qərar vermişdi.

Məşədi Natiq və İnqilab Əhədov xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunub, verilən tapşırıqları yerinə yetirməkdə, casusluq edib məlumatlar ötürməkdə suçlanır. Məşədi Natiq məhkəmənin əvvəlində jurnalistlərə açıqlamasında günahsız olduğunu və ittiham aktında yazılanları yalan saydığını söyləmişdi (azadliq.org).

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button