2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dövlət Departamenti: Putinin motivləri "dəyişməyib", o, Ukraynanı fəth etmək istəyir

Bazar ertəsi ABŞ bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlarda maraqlı deyil, çünki “Ukraynanın hərbi sursat çatışmazlığından əziyyət çəkdiyini görür”,- Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.

“Vladimir Putinin motivləri dəyişməyib. O, Ukraynanı fəth etmək və Ukrayna xalqını özünə tabe etmək istəyir”, – brifinqdə Miller Turan-ın Vaşinqton müxbirinə bildirib.

O əlavə edib ki, Putin “öz motivlərinin dəyişmədiyini çox açıq şəkildə bildirib və siz onun Ukrayna ilə danışıqlara marağının olmadığını açıq şəkildə bildirdiyini gördünüz”.

Saytların yığılması Saytlarin yigilmasi

Bayden administrasiyasının nöqteyi-nəzərindən bu, “ABŞ Konqresinin əlavə maliyyələşdirmə tələbini qəbul etməsinin və Rusiyanın təcavüzündən qorunmaq üçün Ukraynaya lazım olan silahları verməsinin  vacibliyini ortaya qoyur”.

“Hazırda Ukraynanın bizim köməyimizə ehtiyacı var. Bir dəqiqə belə itirmək olmaz”, – bazar ertəsi ABŞ-ın Kiyevdəki səfiri Bricit Brink bildirib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button