2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dövlət qurumlarının informasiya monitorinqi açıqlandı

“Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” təşəbbüsü yekun hesabatını yayıb.

Dövlət qurumlarının informasiya resurslarının “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunluğu rəsmi internet resurslarının informasiya açıqlığının vəziyyəti müxtəlif metodlarla monitorinq edilib.

Bu zaman xüsusilə Qanunun 29-cu maddəsində açıqlanması zəruri olan informasiyaların açıqlıq vəziyyəti öyrənilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə fevralın 17-də Monitorinq qrupunun üzvü media eksperti Ələsgər Məmmədli bu barədə “Toplum TV”-yə açıqlama verib.

Ələsgər Məmmədlinin sözlərinə görə, 2021-ci ilin 1 iyul – 31 dekabr tarixləri arasında  doqquz fərqli kateqoriyada və 154 dövlət qurumunun bir neçə aspektindəki informasiya monitorinqi 60 səhifəlik hesabatda toplanıb. Kəmiyyət, dolğunluq, aktuallıq və giriş rahatlığı parametrlər üzrə nəzərə alınıb. Bu zaman dövlət qurumlarının özü haqqında informasiyalar, ziyarətçilərin əks-əlaqə imkanları, rəhbər və rəhbər işçilərin əlaqə vasitələri, cari fəaliyyətlə, büdcə məlumatları, təklif olunan xidmətlər, vakansiyalar, vətəndaşların qəbul günləri, tenderlər, dövlət qurumların norma yaratma fəaliyyətləri, texniki imkanlarla bağlı monitorinq aprılıb.

Ə.Məmmədli qeyd edir ki, monitorinq nəticəsində ümumi açıqlıq faizi 100%-lik qiymətləndirmə üzrə 33% təşkil edib. Bu o deməkdir ki, ortalama hər 3 məlumatdan  1-ni saytda tapmaq olur. Müsbət göstəricilərə görə, ilk onluqda İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Gümrük Komitəsi, Statistika Komitəsi, Mərkəzi Bank, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Milli Arxiv İdarəsi, Daxili işlər Nazirliyi, Maliyyə və Fövqəladə Hallar Nazirliyi var. Son yerləri Mənzil İnşaat Dövlət Agentliyi,İçərişəhər Tarix Qoruğu paylaşır.

Həmçinin, dövlət qurumlarının saytlarında  47%, nazirliklər üzrə 41%, dövlət xidmətləri və agentliklərdə  73% məlumat təqdim olunmur. SOCAR kimi şirkətlərdə hər 5  məlumatdan biri əlçatandır.  Ekologiya Nazirliyinə tabe olan qurumlarda 94% məlumat əlçatan deyil.

Hesabatda əsas çatışmazlıqlar arasında bir sıra dövlət qurumlarında hələ də “İnformasiya əldə edilməsi haqqında” Qanunun tələblərinə müvafiq olaraq informasiya infrastrukturu formalaşmadığı qeyd olunur. İnternet resursların əksəriyyətində elektron qaydada informasiya sorğusunun təqdim olunması üçün platforma yetərsizliyi, bəzi saytlarda ümumiyyətlə, sorğu tələb etmək bölməsi hissəsi yoxdir, müraciət etməyin mümkün olmadığı aşkarlanıb. Dövlət qurumlarında bir qayda olaraq büdcəin xərclənməsi ilə bağlı informasiyaların gizli saxlandığı, şəxsiyyət vəsiqələrində e-imzanın aktiv edilməməsinin problem olaraq qaldığı bildirilir.

Monitorinq qrupu sonda öz tövsiyyələrini də təqdim edib.

Bildirilir ki, dövlət qurumlarında qanunvericilikdə nəzərdə tutulan informasiya infrastrukturunun formalaşdırılması, tam başa çatdırılması və təkmilləşdirilməsi vacibdir. Habelə, qanunvericilikdə nəzərdə tutulan qaydada keyfiyyətli, dolğun, dəqiq informasiyaların saytda yerləşdirilməsi idarəetmədə şəffaflığı artırar, neqativ halları aradan qaldırar. 3. Dövlət qurumundan informasiya sorğularının elektron formatda alınması üçün bütün saytlarda ayrıca xidmət bölməsi olmalı, onlayn müraciət formalarında ərizə və şikayətlər üçün olan bölmələrdə hökmən informasiya sorğusu üçün xüsusi bölmə olmalı, həmin bölmələrdə ictimai informasiyalar üçün şəxsiyyəti identifikasiya edən bilgilər (Şəxsiyyət vəsiqəsi və FİN nömrəsi) tələb olunmamalı, bu məlumatlar yalnız fərdi məlumatlar bölməsi aktiv olduqda məcburi tələb olmalıdır.

Tövsiyələr rəsmi şəkildə müvafiq orqanlara göndərilib.

24saat.org” “Dövlət qurumlarının informasiya monitorinqi açıqlandı” başlıqlı yazını “Arqument”ə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button