Bizim tərcümə

Dünyaca məşhur küçə rəssamı Benksinin mənalı əsəri

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-11-12 16:18:28

Divar şəkilləri ilə dünya miqyasında təsir bağışlayan britaniyalı qraffiti rəssamı Benksi son işini İnstaqram hesabında paylaşıb.

Benksinin “Borodyanka, Ukrayna” qeydi ilə paylaşdığı əsərində müharibədə dağılmış binanın divarında əlləri üzərində tarazlıq saxlayan qadın gimnast təsvir edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Dünyanın ən məşhur rəssamlarından biri olan və əsərlərində “Benksi” təxəllüsündən istifadə edən rəssam illərdir kimliyini gizli saxlayıb.

HƏFTƏLƏR RUS İŞĞALINDA OLDU

Rusiyanın fevralın 24-də Ukraynaya hücumundan sonra Borodyanka ən çox zərər çəkmiş bölgələrdən biri olub. Rusiya əsgərləri müharibənin birinci mərhələsində Ukraynanın paytaxtı Kiyevdən təxminən 48 kilometr şimal-qərbdə yerləşən Borodyankanı ələ keçirib. Müharibə nəticəsində dağıdılan qəsəbə aprel ayında yenidən Ukraynanın nəzarətinə keçib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button