2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Dünyada ilk: 3D printerdə motosikl çap olundu – VİDEO

“Airbus” şirkəti tərəfindən maliyyələşdirilən “APWorks” şirkəti dünyada ilk dəfə olaraq 3D printerdə çap olunan elektrik motosiklini yaradıb.

İKT.lent.az-ın RBK-ya istinadən məlumatına görə, “Light Rider” adlanan motosiklin qiyməti 50 min avrodur.

“Light Rider” şirkəti bildirib ki, bu, bəlkə də tarixdə çəkicə ən yüngül motosikldir. Onun çəkisi 35 kiloqramdır. Motosiklin korpusu xüsusi alüminium qarışığından istehsal olunub ki, istehsalçının sözlərinə görə, bu da titan kimi olduqca dözümlüdür.

Saytların yığılması Saytlarin yigilmasi

“Light Rider”in maksimal sürəti 80 km/saatdır. Motosikl cəmi 3 saniyəyə 0-dan 45 km/saat sürət yığa bilir. Elektrik motosikl əvəzlənən batareya ilə işləyir. Bir akkumulyator 60 kilometr sürməyə bəs edir.

“Light Rider” kütləvi bazar üçün nəzərdə tutulmayıb. “APWorks” şirkəti cəmi 50 ədəd belə motosikl istehsal etməyi planlaşdırır və onun qiyməti 50 min avro təşkil edəcək. Bu, daha çox şirkətin 3D map texnologiyası sahəsində imkanlarının nümayiş etdirilməsidir.

Artıq “Light Rider”ə sifarişlər də başlanılıb. Bu eletrosikli sifariş etmək üçün öncədən 2 min avro həcmində depozit yatırmaq lazımdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button