2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dünyanın ən bahalı brendləri və qiymətləri – Siyahı

Dünyanın ən bahalı brendlərinin reytinqinə İT-şirkətlər liderlik edir – “Google”, “Apple”, “Microsoft”, “Amazon” və “Facebook”.

Bu nəticələri dünyanın 100 ən bahalı brendinin siyahısını tərtib edən Britaniyanın “Kantar Millward Brown” şirkəti açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ən bahalı brend olan “Google”ın dəyəri 245,6 milyard dollardır. Ötən illə müqayisədə şirkətin səhmlərində 7 faizlik artım olub.

“Apple” dəyərini 3 faiz də artıraraq 234,7 milyard dollara çatdırıb.

“Microsoft” 18 faizlik artımla dəyərini 143,2 milyarda yüksəldib.

“Amazon” bir il ərzində 41, “Facebook” isə 27 faizlik artıma imza atıb.

İlk onluğa ABŞ-ın telekommunikasiya şirkətləri olan “AT&T”, “Visa”, Çinin IT-şirkəti “Tencent” (WeChat mesencerinin sahibi), “IBM” və McDonald’s” da daxil olub.

İlk dəfə olaraq siyahıda “Comcast” (23-cü yer), “YouTube” (65-ci yer), HP (76-cı yer), “Salesforce” (90-cı yer), “Netflix” (92-ci yer) və Snapchat (93-cü yer) da yer alıb.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button