SEÇMƏ

DYP aktyor, bloger və müğənnilərə müraciət etdi

Yayımlandı: 25 Yanvar 2023 16:33

“Yol hərəkəti təhlükəsizliyinin təbliğinin diqqətdə saxlanılması tələbinə riayət olunmur”

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) media subyektlərinə müraciət edib.

Müraciətdə deyilir ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi tədbirlərini tənzimləyən normativ aktlarda, eləcə də hazırda bu sahədə icra olunan Dövlət Proqramında televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən və ya digər şəkildə açıqlanması nəzərdə tutulan əsərlərin hazırlanması zamanı yol hərəkəti təhlükəsizliyinin təbliğinin diqqətdə saxlanılması tələbinə riayət olunmur.

“Təəssüf ki, bəzi televiziya və radio verilişlərində, kliplərdə, teleseriallarda, reklam çarxlarında, habelə blogerlər və incəsənət xadimlərinin sosial şəbəkə seqmentlərindəki paylaşımlarında yol hərəkəti təhlükəsizliyi və yol hərəkəti qaydaları əleyhinə olan pozuntuların geniş auditoriyada heç bir əlavə şərh verilmədən yayımlanmasının şahidi oluruq”, – müraciətdə bildirilir:

“Aktyorların, cəmiyyətdə tanınmış şəxslərin iştirakı ilə hazırlanan belə audiovizual əsərlərin yol hərəkəti iştirakçıları, xüsusilə uşaq və yeniyetmələr arasında yanlış anlaşılması, onlarda analoji qəbahətlərə yol vermək həvəsi yaratması, eləcə də bu kimi neqativ təzahürlərin yetişən gənc nəsilin yol hərəkəti mədəniyyətinin formalaşmasına mənfi təsir göstərməsi ciddi narahatlıq doğurur”.

Bu kimi halların yolverilməz olduğu qeyd olunub.

Media subyektlərindən, sosial şəbəkə fəallarından yol hərəkətinin təhlükəsizliyi sahəsində keçirilən maarifləndirmə və təbliğat-təşviqat xarakterli tədbirlərin icrasına dəstək olmağa çağırıblar.

Meydan TV

Gözdən qaçırmayın:  Almaniya Ukraynaya 14 “Leopard-2” tankı göndərəcək

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button