Gündəm

Ekaterina Lapshina: ‘Alexander-dən pis xəbər var’

Azərbaycanda həbsdə olan bloqqer Alexander Lapshin-in səhhətində problemlərin olduğu bildirilir.

Bu haqda onun həyat yoldaşı Ekaterina Lapshina bildirib.

O, sosial şəbəkələr vasitəsilə bildirib ki, bloqqerdən pis xəbərlər alır.

“Alexander-dən pis xəbər var. O, hazırda təcridxananın sanitar bölməsində saxlanılır. Ancaq vəziyyəti yaxşı deyil”, o, bildirib.

Buna da bax:​ Alexsander Lapshinin həbs müddəti uzadılıb

Xanımı vurğulayıb ki, bloqqer taxikardiya (ürək xəstəliyinin simptomu) və sinir ağrılarından əziyyət çəkir.

“Bunlar keçirdiyi streslə bağlıdır. Ayağında və belində kəskin ağrılar var. O, gəzə bilmir və normal otura bilmir. Gecələr isə əzələlərində qıcolmalar baş verir. Normal müalicəyə ehtiyacı var. Təcridxananın həkimləri isə ona dixlofenak verməklə kifayətlənirlər”, bloqqerin xanımı bildirib.

Buna da bax: Amnesty International Alexander Lapshinə azadlıq istəyir

Rusiya, Ukrayna və İsrail vətəndaşı Alexsander Lapshin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər və ölkənin ərazi bütövlüyünə qarşı çağırışlar etdiyi ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib.

O, 2016-cı ilin sonlarında Belarusda saxlanılıb, bu il fevralın 7-də isə Azərbaycana ekstradisiya olunub.

Vəkillərinin bildirdiyinə görə, onun istintaqı bitmək üzrədir.

24saat.org

Mənbə – azadliq.org

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close