2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ələsgər Məmmədli qardaşı ilə görüşüb

”Bakı İstintaq Təcridxanasında saxlandığı gündən bəri ilk dəfə Ələsgər bəylə görüşdüm. Görüş şüşə səddin arxasından telefon vasitəsilə baş tutub”. Bu barədə Toplum TV-nin hüquqi təsisçisi, media hüquqları üzrə ekspert Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib.

Onun sözlərinə görə, Ələsgər Məmmədli təcridxanada həkim müayinəsindən keçirilib.

Ombusman aparatının nümayəndəsi də müayinə prosesində iştirak edib. Ona özəl klinikada qoyulan diaqnozu təcridxananın həkimi də təsdiq edib. Hazırda həkiminin müəyyən etdiyi dərmanları qəbul edir. Qarın nahiyəsindəki ağrılar qismən azalıb.” Nəsimi Məmmədli qeyd edib. Onun sözlərinə görə, Ələsgər Məmmədlinin həkimi təcili qalxanabənzər vəzinin iynə biopsiyasını tövsiyə etsə də hələ bu müayinəni aparmaq mümkün olmadığını bildirib. “ Ələsgər bəyin ümumi səhhəti normal görünsə də nəfəs almaqda çətinlik çəkir. Saxlanma şəraitindən narazılığı yoxdur”, o deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Nəsimi Məmmədli vurğulayır ki, qardaşı heç bir cinayət əməli törətmədiyini əsas tutaraq istintaqa ifadə verməkdən imtina edir. “ Ona qarşı irəli sürülən ittihamları tamamilə əsassız sayır. Tezliklə bu ədalətsizliyə son qoyulacağına ümid edir. Ələsgər bəy bu mərhələdə ona dəstək verən hər kəsə öz təşəkkürünü bildirdi. Barəsində böhtan, yalan yazan media orqanlarını qınadığını və onları təqsirsizlik prezumpsiyası hüququna əməl etməyə çağırdı.    

Ələsgər bəy tamamilə qondarma ittihamla həbs olunub. Onun həbsinin yeganə səbəbi azad, müstəqil, qərəzsiz, obyektiv, ədalətli və balanslı media orqanı yaratmasıdır. O, Toplum TV-nin təsisçisi kimi nümunəvi bir media orqanını cəmiyyətə təqdim etmişdi. İqtidarın, müxalifətin, müstəqil şəxslərin sərbəsət şəkildə öz fikirini ifadə etdiyi bir platforma idi.

Toplum TV qısa müddətdə alternativ fikirlərin tribunası olaraq özünü təsdiq edə bildi. Təəssüf ki, belə bir önəmli media resursunu davam etdirmək mümkün olmadı” Nəsimi Məmmədli bildirib. Nəsimi Məmmədli hesab edir ki, dövlət qurumları Ələsgər bəyin səhətindəki ciddi problemləri, təqsirsizliyini nəzərə alaraq onu dərhal azad etməlidir

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button