2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Eldar Mahmudov Kərəm Həsənovu harda ələ keçirmişdi? – FAKTLAR

Komitə sədrinin qardaşı Malik Həsənovla Akif Çovdarovun hansı biznesi olub?

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov… Fərhad Əliyevin dəstəyi ilə hakimiyyətin yuxarı eşelonuna tanıdılan, yüksək vəzifələrə çəkilən gənc kadr… İndi isə adı böyük oliqarxlar sırasında çəkilən, milyonluq layihələri bir dəqiqədə havaya sovuran, ən əsası ölkənin əmlak bazarını darmadağın edən, vətəndaşlarda rüşvət və korrupsiya rüşeymini yenidən cücərdən bir Komitə və onun rəhbəri… Hardan hara uzanan bir yol… Əzlində, Kərəm Həsənov və onun biznesi barədə daha çox faktlar yazmaq olar. Hər şey çılpaqlığı ilə ortadadır. Milyonluq mülklər, saysız Porsche Cayenne, Range Rover və bahalı avtomobillər kolleksiyasının sahibi və daha nələr… Sadəcə komitə sədrinin metal biznesinin sirrlərini araşdırarkən daha maraqlı məqamlar ortaya çıxır ki, indi o sirrlərin açıqlmasının əsl zamanıdır. Metal biznesi, Eldar Mahmudov və milyonlara açılan yol. Bəlkə də Kərəm Həsənov bu oyunlardan uzaq olmaq istəyib. Amma Eldar Mahmudovların qabağında dayanmaq o qədər də asan deyildi… Belə ki, 2015-ci ilin 15 oktyabr tarixində Azərbaycanda cidd hadisə baş verdi. Hər kəsin ehtiyyat etdiyi, bir telefon zəngi ilə bütün problemləri kökündən həll edən milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldı. Ardınca həbslər başladı ki, istintaq hələ də davam edir. O zaman ölkənin əksər strukturlarında çalışan şəxslərin Eldar Mahmudovdan qorxaraq hansısa sənədlərə imza atması, qanunları pozması faktları üzə çıxdı. Onlarla nazirliyin, komitənin adı çəkildi və bəlli oldu ki, onlar Eldar Mahmudovu tapşırıqlarını sorğu-sualsız həll ediblər. Həmçinin bu sırada Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və qardaşı, millət vəkili Malik Həsənovun adı çəkildi. Bəlli oldu ki, Həsənov qardaşları da Eldar Mahmudovun yanında olub, onun bir zəngi və ya tapşırığı ilə hansısa işləri görüblər. Bu məlumatlar yayılarkən, Kərəm Həsənov və qardaşı Malik Həsənov çox narahat idilər. Prosesin gedişində mətbuatda və diğər yerlərdə adlarının çəkilməsini istəmirdilər… Bu barədə daha sonra… Eldar Mahmudovun vəzifədən qovulması daha çox Rabitə və Yüksək Texnologiyalar nazirliyində geniş səs-küyə səbəb oldu. Nəticədə uzun illər bu sahəyə rəhbərlik edən, rabitə sektorunda ciddi nailiyyətlərə imza atan nazir Əli Abbasov vəzifəsini itirdi. Əli Abbasovdan fərqli olaraq Kərəm Həsənov yayına bildi. Xatırlayırsınızsa, Əli Abbasovun vəzifədən uzaqlaşdırılması zamanı belə fakt səsləndirilidi… Əli Abbasov Eldar Mahmudov qarşısında qorxaqlıq nümayiş etdirib, məcbur olaraq Mahmudovun tapşırıqlarını yerinə yetirib, dinləmələrə imkan yaradıb və sairə. Bu özlüyündə ciddi fakt idi və bu halı digər qurumlarda da araşdırmaq lazım idi. Çünki, o zamanlar Eldar Mahmudovdan qorxan məmur daha çox idi… Məsələn… Bizimxeber.az-a daxil olan məlumata görə, Eldar Mahmudovdan qorxaraq daha ciddi sənədlərə imza atan, məcbur olaraq qərarlar verən məmurlardan bir kimi Kərəm Həsənovun və onun klanında təmsil olunan şəxslərin, Malik Həsənovun da adı çəkilir. Artıq unudulmuş bir faktı xatırladaq… İllər öncə “Bakı Poladtökmə” zavodunun səhmlərinin 80 faizi bir gecənin içində Zülfüqarov qardaşlarının əlindən alınaraq Gəray Məmmədov adlı lerikli sakinin adına rəsmiləşdirildi. Daha sonra isə “Bakı Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədova verildi. Zülfüqarov qardaşları da Eldar Mahmudovun əmri ilə həbs olunaraq MTN-ə aparıldı, istintaq başladı. Sənədləşmə işi Əmlak Komitəsinin sədri Kərəm Həsənovun tapşırığı ilə aparılmışdı. Daha sonra prosess Kərəm Həsənovun ziyanına işləməyə başladı. Zülfüqarov qardaşları komitə sədrini məhkəməyə verdilər və illərlə məhkəmə prosesi keçirildi. Amma K.Həsənov bu prosesdən də salamat ayrıla bildi. Maraqlıdır, o zaman K. Həsənov bunu niyə etmişdi? Onu kim məcbur etmişdi belə bir qərar verməyə? O zaman Kərəm Həsənovla Eldar Mahmudov arasında hansı ciddi konflikt yaranmışdı? Eldar Mahmudov Kərəm Həsənovu hansı faktlarla susdurmuşdu? O hadisədən sonra Kərəm Həsənovla Eldar Mahmudov daha hansı “ciddi layihə”lərə imza atmışdılar? Kərəm Həsənov niyə istintaqa getmədi? Kərəm Həsənov Eldar Mahmudovla necə razılaşmışdı? Bu sualların ciddi cavabları var və Kərəm Həsənov bu suallar qarşısında acizdir. Yaxın günlərdə aşağıdakı suallara aydınlıq gətirəcəyik… Ədil Hüseynli Bizimxeber.az

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button