Loading...
Loading...
Cəmiyyət

Eldar Mahmudova qarşı məhkəmədə yeni gəlişmə

Sabiq nazir əsas cavabdeh deyil, əlavə cavabdeh kimi işə cəlb edildi

 

Yasamal rayon Məhkəməsində keçmiş milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudova qarşı iddia üzrə məhkəmə prosesi keçirilib.

Bizimyol.info xəbər verir ki, iddia hakim Sərdar Mehrəliyevin icraatındadır.
Mayın 3-də keçirilən iclasda cavabdeh Eldar Mahmudov işirak eməyib. Onu məhkəmədə müqvilə bağladığı vəkil Cavid Rzazadə təmsil edib.

İşə əlavə cavabdeh qismində cəlb edilən Maliyyə Nazirliyinin nümayəndəsi isə prosesdə iştirak etməyib.
M.Mustafayev Eldar Mahmudovun prosesdə işirakının təmin edilməsi barədə vəsaət qaldırıb: “Mənim Eldar Mahmudova suallarım var. Həmin suallara vəkil cavab verə bilməz. Ona görə də Eldar Mahmudovun prosesdə iştirakını təmin etməyinizi xahiş edirəm”.

Vəsatətə münasibət bildirən vəkil C.Rzazadə isə bildirib ki, qanunvericiliyə görə, cavabdehin prosesdə işirakı məcburi deyil.

Hakim M. Mustafayevin vəsatətini təmin etməyib və E.Mahmudovun məhkəməyə gətirilməsinin zəruri olmadığını bildirib.

Vəkil Rzazadə proses zamanı əməliyyat məlumatlarının müzakirə ediləcəyini bildirib. O prosesdə işiar edən jurnalistlərin zaldan çıxarılmasını isəyib.

İddiaçı M. Mustafayev isə prosesin açıq olduğunu deyib.

Vəkil həmçinin qeyd edib ki, M. Mustafayev iddia ərizəsində Maliyyə Nazirliyini cavabdeh şəxs kimi qoysa da, onlardan tələbinin nə olduğunu bildirməyib.

Ardınca M. Mustafayev iddia ərizəsinə dəqiqləşdirmə verib. Əsas cavabdeh kimi Maliyyə Nazirliyini göstərib, E.Mahmudov isə əlavə cavabdeh kimi işə cəlb edilib. M. Mustafayev tələb etdiyi pulun Maliyyə Nazirliyindən tutulmasını, nazirliyin isə pulu Eldar Mahmudovdan alıb ona ödəməsini istəyib.

İddiaçı nazirliyin Nəsimi rayonu ərazisində yerləşdiyini əsas gətirərək işin Nəsimi Rayon Məhkəməsinə istəyib.
M. Mustafayevin vəsatəti təmin edilib və iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Mətləb Mustafayev qaldırdığı iddia ərizəsində bildirib ki, Eldar Mahmudovun sifarişi ilə şərlənərək həbs edilib. Mətləb Mustafayev sabiq nazirdən 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edib.
Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib.

O, 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
MTN-in o dövrdə məhkəməyə göndərdiyi ittihamından məlum olur ki, Mətləb Mustafayev istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq odlu silah əldə edib.

Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham verilib və 2015-ci il aprelin 24-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.Daha sonra Ali Məhkəmə işi yenidən apellyasia stansiyaslna qaytarıb. Apellyasiya Məhkəməsində onun barəsində bəraət hökmü çıxarılıb.

M.Mustafayev sabiq MTN vəzifəlilərinin cinayət işi üzrə zərərçəkən qismində tanınıb.
Mətləb Mustafayev həmçinin sabiq MTN-in istintaq idarəsinin rəisi olmuş Movlan Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini Səbail rayon Məhkəməsinə göndərib. O, iddia ərisəzində bildirib ki, şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaq Mövlan Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparılıb. Eyni zamanda qeyd edib ki, ona qarşı həmin idarədə qanunsuz hərəkətlər edilib. Guya İran vətəndaşı olan Rza adlı şəxsdən aldığı silahla bağlı barəsində ittiham hazırlanıb.

Mətləb Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat ödəməsini tələb edir. Bu iddia ərizəsi hakim Nurəddin Bağırovun icraatına verilib.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button