2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Elmar Məmmədyarovun narahatlığı

Ölkədəki zorakılıqdan zövq alıb, dünyadakı zorakılığa görə təəssüflənmək

Bugün Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dialoq və universal dəyərlərə dəstək: zorakı ekstremizmin qarşısının alınması vasitələri” mövzusunda ilk plenar sessiya keçirilib. Sessiyada Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da iştirak edib və nitq söyləyib. Nazir çıxışı zamanı dünyada ekstrimizmin və separatizmin artmasından narahat olduğunu bildirib. Nədənsə bu narahatçılıq səmimi görünmür və ikrah hissi yaradır. Çünki, dünyadakı ekstirmizmdən və separatizmdən narahat olan hökumət, ölkədə repressiyalara, işgəncə faktlarına, insan hüquqlarının pozulmasına göz yummazdı. Bütün dünya Azərbaycandakı qanunsuzluqlardan danışır, Avropa Məhkəməsi Azərbaycandakı hüquq pozuntularıyla bağlı qərarlar çıxarır, bizim nazirimiz isə dünyadakı problemlərə görə narahat olduğunu bildirir.
“Naradaran işi” məhkəməsinə nəzər salanda, müxalifətə qarşı iyrənc mübarizə üsullarını nəzərdən keçirəndə Azərbaycanda dəhşətli mənəvi terror həyata keçirildiyinin, insane həyatının heç bir dəyəri olmadığının şahidi oluruq. Siyasi məhbusun müəmmalı şəkildə ölməsi və gizli dəfn edilməsi də terror deyilmi? Siyasi mövqeyinə görə insnaların işdən çıxarılması, günahsız adamların şərlənərək həbs edilməsi mənəvi terror deyilmi?
Yaxşı olardı ki, hökumət dünyadakı problemlərə kövrəlmək əvəzinə, ölkədəki faciə ocaqlarını söndürsün. Ölkədə min cür dəhşətlər törədən, korrupsiyanı çiçəkləndirən, vətəndaşı dilənçi gününə salan bir hakimiyyətin dünyanın dərdini çəkməsi absurd görünür. Hüquqsuzluğu zirvəyə qaldıran, yalanı normaya çevriən hökumət, ekstrimizmdən, separatizmdən narahat ola bilməz.
Daxildə bütün dəyərləri məhv edib, xaricdə dəyərlərin tapdanmasına narahat olmaq da analoqsuzluğun göstəricisidir. Öz gözlərində tiri görməyib, özgə gözlərdə qıl axtarışına çıxıblar.
Hökumətimiz analoqsuz olduğuna görə ölkədəki zorakılıqdan zövq alıb, dünyadakı zorakılığa görə narahat olur.

Saytların yığılması Saytlarin yigilmasi

Samir

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button