2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Erdoğan ABŞ-ı Suriya kürdlərini silahlandırmaq qərarını dəyişməyə çağırır

Türkiyə prezidenti Recep Tayyip Erdoğan ümid etdiyini bildirib ki, ABŞ, Suriya İslam Dövləti təşkilatına qarşı döyüşən kürdləri silahlandırmaq qərarını tezliklə dəyişəcək.

Türkiyə prezidenti mətbuat konfransında deyib ki, “bu səhvin tezliklə aradan qaldırılacağına çox ümid edir”.

Saytların yığılması Saytlarin yigilmasi

Erdoğan deyib ki, o Türkiyənin müttəfiqlərinin “terrorçu” təşkilatları yox, Ankaranı dəstəkləyəcəyinə inanmaq istəyir.

Prezident deyib ki, bu “narahatlıqları” mayın 16-da Ağ Evdə keçiriləcək görüş zamanı Donald Trump-ın nəzərinə çatdıracaq.

Cənab Erdoğan bu bəyanatları, Trump Pentaqona Suriya kürdlərinin Xalq Müdafiə Birliklərinin (YPG) silahla təchiz etməsi üçün icazə verdikdən sonra səsləndirib.

Türkiyə YPG-ni, onilliklərdir muxtariyyət əldə etmək məqsədilə Ankaraya qarşı üsyan qaldırmış PKK ilə əlaqəsi olan terrorçu təşkilat hesab edir.

Bu arada ABŞ koalisiyasının sözçüsü mayın 10-da bildirib ki, Birləşmiş Ştatlar bəzi silahların kürd YPG döyüşçüləri arasında paylanmasına “çox tezliklə” başlaya bilər. Lakin sözçü əlavə edib ki, bu proses mərhələlərlə və ciddi müşahidə altında həyata keçiriləcək.

Koalisiyanın sözçüsü, ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki John Dorrian deyib ki, Suriya Ərəb Koalisiyası üçün nəzərdə tutulmuş bəzi silahlar artıq Suriyadadır və bunlardan kürd döyüşçülərə də verilə bilər.

Bilavasitə cəbhə xəbərlərinə gəlincə isə, ABŞ-ın dəstəklədiyi kürd və ərəb silahlılar mayın 10-da Tabqa şəhərini və Suriyanın ən böyük su anbarını İslam Dövləti təşkilatının döyüşçülərindən azad etdiklərini bildiriblər.

SDQ qüvvələrinin ələ keçirdiyi Tabqa, Raqqadan 40 kilometr qərbdə yerləşir.

ABŞ koalisiyasının təyyarələri Tabqanın alınması əməliyyatında SDQ qüvvələrinə havadan dəstək vermişdi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button