Ermənistanda daha bir nazir vəzifədən kənarlaşdırılıb


 

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Araik Arutyunyan vəzifəsindən azad olunub. Prezidentin fərmanıyla onu Vaqram Dumanyan əvəzləyəcək.

Arutyunyan 2018-2019-cu illərdə təhsil və elm naziri işləyib, 2019-cu il iyunun 1-dən isə Təhsil, Elm, Mədəniyyət və İdman naziri postuna təyin olunub.

Vaqram Dumanyan Yerevan Dövlət Universitetinin İnformatika və tətbiqi riyaziyyat fakültəsinin dekanıdır, fizika-riyaziyyat elmləri doktoru, professordur.

Daha öncə müdafiə naziri David Tonoyan, Əmək və Sosial Məsələlər naziri Zarui Batoyan, Fövqəladə Hallar naziri Feliks Tsolakyan və Xarici işlər naziri Zohrab Mnatsakyan istefa veriblər.

24saat.org

Mənbə – azadliq.org

Müzakirə mövzusu - post

SON XƏBƏRLƏR

Kateqoriyalar

Hava

Baku, Azerbaijan
Cümə axşamı, Yanvar 28, 2021
Clear
2 ° c
85%
3.73mh
-%
6 c 4 c
C
9 c 5 c
Şb
8 c 4 c
Bz
11 c 6 c
Be

Seçmə