2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Ermənilərin yeni macərası…

Xaqani İsmayıl yazıçı – tarixi tədqiqatçı kimi uzun illər bir çox arxivlərdə və elmi mərkəzlərdə çalışaraq, yeni və çox mühüm tarixi sənədlər aşkar etməklə bərabər, ensiklopedik tarixi araşdırma aparmış və ermənilərin həm türklərə, müsəlmanlara (Qafqazlar /bütün bölgələr üzrə/, Cənubi Azərbaycan, Anadolu, Kipr və Orta Asiyada), həm də xristianlara (rus, yunan, gürcü, alman) və yəhudilərə qarşı soyqırımı aktlarını özündə əks etdirən ““Erməni məsələsi” və türk-müsəlman soyqırımı” əsərini ərsəyə gətirmişdir. Əsərə Prezident Administrasiyasının məktubu əsasında Azərbaycan Milli Elmlər Akademiyasında baxılaraq yüksək rəy verilmişdir. İngilis və rus dillərində məhdud sayda siqnal nüsxələri bu ilin ortalarında işıq üzü görən bu kitab artıq bir sıra dövlətlərin (ABŞ, Yaponiya, Rusiya və s.) elmi mərkəzlərinin diqqətini cəlb edərək onların saytlarında təqdim edilməkdədir.
Azərbaycanlıların 31 Mart Soyqırımını beynəlxalq müstəvidə daha zəngin əsaslarla gündəmə gətirmək üçün müəllifin aşkar etdiyi yeni sənədlər: Stepan Lalayanın cinayət işinin ingiliscəsi (İngilis soruşdurma bəlgələri), habelə, erməni təcavüzü nəticəsində xalqımızın kütləvi qırğına məruz qalması faktlarını qiymətləndirmək üçün Avropa İstintaq Komissiyası yaradılması yönündə Azərbaycan hökumətinin 1918-1920-ci ildəki beynəlxalq yazışmaları qəbildən tarixi sənədlər; bunlardan əlavə, erməni daşnaklarının Orta Asiyanın cənub-qərbinə gizli ərazi iddiasını təsdiq edən  çar Rusiyası dönəminə aid arxiv sənədi də kitabda yer alan ən əhəmiyyətli sənədlər qrupu sırasındandır.
Xaqani İsmayılın Türk Dünyasının baş ağrısına çevrilmiş  “erməni soyqırımı” iddialarını təkzib edən araşdırmaları isə ABŞ, Britaniya, Türkiyə, Rusiya… arxiv materiallarına əsaslanaraq opponentlərə heç bir şübhə yeri qoymayan tarixi dəlillərlə zəngindir. Müəllif kitabında həmçinin ermənilərin bəzi xristian xalqlara qarşı mədəniyyət davalarını və ərazi iddialarını (o sıradan ruslara qarşı) da incələyərək, xristian mənbələri ilə erməni millətçilərini ifşa edir. Xaqani İsmayılın tədqiqatları sırasında Orta Asiyada 1918-ci il türk soyqırımı da çox mühüm yer tutur: belə ki, müəllifin Çar Rusiyası dönəminə aid aşkar etdiyi tarixi sənəd erməni daşnaklarının Türküstanın cənub-qərb hissəsinə da torpaq iddiasında olduqlarını sübut edir. Bu sənədin və digər tarixi qaynaqların ortaya çıxarılması ilə 1918-ci il Orta Asiya hadisələrinə elmi yanaşma tamamilə dəyişir… Kitabda ermənilərin bəzi böyük dövlətlərin uniformasında törətdikləri soyqırımı aktları və yaratdıqları müvəqqəti erməni dövlətlərinin (Kilikiya Erməni Dövləti, mərkəzi Qarsda olan Qərbi Ermənistan) aqibəti də araşdırılır.
                                                         ***
Əsərin fərqlilikləri haqda Azərbaycanın və Türkiyənin çoxsaylı media qurumları yüksək rəylər yayınlamışlar:
“Xaqani İsmayıl bu kitabı ilə bütöv bir institutun işini görüb.” (AMEA Tarix İnstitutunun baş elmi işçisi Kamran İsmayılov);
“Xaqani İsmayılın bu əsəri Azərbaycan, Türkiyə, Gürcüstanın milli təhlükəsizliyi üçün preventiv tədbirlər almağa hərtərəfli fayda verə biləcək tarixi araşdırmalarla zəngindir” (Gürcüstan tarixçisi, professor Gela Xuçişvili).
“Xaqani İsmayılın “Erməni məsələsi və türk-müsəlman” kitabı XXI əsrdə Azərbaycanda nəşr olunmuş ən mühüm kitabdır”. (“Yeni nəşrlər” jurnalının baş redaktoru, tanınmış kitab mütəxəssisi Yaşar Zeynalov).
Müəllifin adı çəkilən kitabda yer alan araşdırmalarına əsasən 25.02.2015-də Türkiyədəki dövlət tədbirində Azərbaycanı təmsil edən çıxışı qardaş ölkədə əsl sensasiyaya kimi qarşılanıb, Azərbaycanın Qars Başkonsulluğu da bu hadisəni ölkəmizin uğuru kimi dəyərləndirib Xarici İşlər Nazirliyinə yazılı məlumat göndərərək həmin məruzədə Xaqani İsmayıla xüsusi təşəkkür ifadə edib…
***
Yuxarıda diqqətinizə çatdırılan qısa bilgidən də anlaşıldığı kimi, Ermənistan oxucularına hələ 2005-ci ildən imzası tanış olan Xaqani İsmayılın artıq ingilis dilində yayınlanmış bu kitabı erməni millətçilərinin yuxusunu Ərşə çəkmişdir. Gürcü və türk alimlərinin də çox ciddi qarşıladığı bu dəlilləri təkzib etməyin mümkün olmayacağını anlayan erməni başbilənləri Rusiya Dövlət Kitabxanasının qeydiyyat işlərinə müdaxilə edərək kitabın mövzusunu saxtalaşdırmışlar. Məqsəd oxucuların diqqətini bu kitabdan yayındırmaq, oradakı tarixi yeniliklərin geniş yayılmasının mümkün qədər qarşısını almaqdır. Fotosurətlərini aşağıda Sizlərin diqqətinə çatdırdığımız – kitabın annotasiyası ilə Rusiya Dövlət Kitabxanasının saytında bu kitabın mövzusu haqda ilkin informasiyanı müqayisə etdikdə hər şey Gün kimi aydın olur. Kitabın 2-ci səhifəsində verilmiş annotasiyada deyilir:
“”Erməni məsələsi”və türk-müsəlman soyqırımı” kitabı I Dünya Savaşı fonunda Qafqaz, Azərbaycan [Cənubi Azərbaycan və Şimali Azərbaycan  (indiki Azərbaycan Respublikası)], Anadolu və Orta Asiyada türklərin, müsəlmanların soyqırımını arxiv sənədləri və sənədli qaynaqlar əsasında işıqlandıran fundamental tədqiqat əsəridir.
Müəllif kitaba həmçinin ermənilərin xristian və yəhudilərə qarşı törətdiyi soyqırımı ilə bağlı araşdırmalarını; “erməni soyqırımı” iddialarını təkzib edən tədqiqatlarını; “erməni məsələsi” və erməni tarixinin bəzi saxtalaşdırılmış məqamları haqda qeydlərini də daxil etmişdir.
Əsərdə həmçinin Türk Ordusunun Qafqaz, Güney Azərbaycan və Anadoluda  I Dünya Savaşı fonunda və bu savaşın gedişatı zamanı xilaskar əməliyyatları araşdırılıb; həmin ərazilərdə 1915-1921-ci il hadisələri daha təfsilatı ilə işıqlandırılıb. Bundan əlavə, kitabda türk yazılı abidələrinin qədimliyi – soyqırıma məruz qalan xalqın mədəni kimliyi də öz əksini tapıb…
İndi isə bu kitabın mövzusu haqqında Rusiya Dövlət Kitabxanasının saytında yer alan ilkin informasiyanı diqqətinizə çatdıraq:
“Tarix. Tarix elmləri – Xarici ölkələrin tarixi –Türkiyə – Osmanlı İmperiyası yeni dövrdə (17-ci əsrin 2-ci yarısı – 1917-ci il) – 1871 – 1917-ci illər dönəmi – Siyasi quruluş – Milli siyasət – Erməni məsələsi – Ayrı-ayrı hadisələrin ildönümünün xülasəsi – Türkiyədə 1915-ci il erməni soyqırımının 90 illiyi”.
Oxucular üçün tərtib olunmuş kitabın bu məlumat kartı ilə tanış olduqdan sonra oxucu kitabın tarixə aid kitablardan biri olduğu, nə isə qeyri-adi yeniliklər daşımadığı, dolayısı ilə, xüsusi maraq kəsb edən bir mənbə olmadığı qənaətinə gələr və onu əldə edib oxumağa böyük ehtimalla səy göstərməz. – Ermənilərin də elə istədiyi budur!
Xaqani İsmayılın “Erməni məsələsi və türk-müsəlman” kitabındakı tarixi sənədlər yayıldıqca, özünü xristian bayraqdarı kimi aparan ermənilərin xristianlara qarşı törətdikləri  soyqırımın və xristianlara qarşı torpaq iddialarının faş olması onları çıxılmaz vəziyyətə salacaq… və yəhudi soyqırımının anılmasında göstərdikləri canfəşanlığın da özlərinin yəhudiləri soyqırıma uğratdıqlarından riyakarlıqdan başqa bir şey olmadığı Gün kimi aydınlaşacaq. Orta Asiyanın cənub-qərbinə ərazi iddialarının üstünün açılmasıyla isə Yer artıq onların ayağının altından qaçmış kimi olacaq! – MDB-dəki Orta Asiya respublikaları ilə kollektiv təhlükəsizlik müqaviləsi ortağı olan Ermənistanın MDB-də bundan sonra felinə çətin kimsə aldana bilə… – Bu səbəblərdən də ermənilər Azərbaycan müəllifi Xaqani İsmayılın kitabını hələ ki Rusiyada həbs etmiş sayılırlar…
Bu duruma Rusiya Federasiyasının ilgili qurumlarının müdaxilə etməsi üçün kitabı yayınlayan “Müəllim” nəşriyatının direktoru Mustafa Şəfiyev bu yaxınlarda Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Dmitriyeviç Doroxinə etiraz məktubu göndərib… M.Şəfiyevin məktubunda bildirilir ki, Azərbaycan müəllifinin əsərinə Rusiya Dövlət Kitabxanasının bu münasibəti yalnız müəllif hüquqlarının pozulması və rus oxucusuna qarşı sayğızıslıq deyil, həmçinin Rusiyanın informasiya müstəqilliyi və milli təhlükəsizlik problemləridir…
Əyanilik üçün müəllifin kitabının üz qabığı və 2-ci səhifəsinin surətini, həmçinin Rusiya Dövlət Kitabxanasının saytında kitab haqda informasiyanı diqqətinizə çatdırırıq:

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button