2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənistan azərbaycanlı əsgəri geri qaytarıb

Xoşməramlılıq əlaməti olaraq və yolunu azaraq qarşı tərəfə keçən hərbi qulluqçuların tezliklə qaytarılmasına dair razılığa əsasən, Ermənistan Ruslan Pənəhovu Azərbaycan tərəfinə təhvil vermək qərarına gəlib. 

Toplum TV xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin martın 5-də yaydığı məlumatda bildirilib. 

Azərbaycanlı hərbi qulluqçu fevralın 28-də Sünik rayonunun Teğ kəndi istiqamətində saxlanıb. Azərbaycanın Müdafiə Nazirliyi onun Laçın rayonu ərazisində pis hava şəraitində yolu azdığını, itkin düşdüyünü açıqlamışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Öz növbəsində Ermənistanın İstintaq Komitəsi məlumat verib ki,  Pənahov Azərbaycan sərhəd postunda hərbi qulluqçular arasında baş verən mübahisədən sonra qaçaraq sərhədi keçib. 

Bunu nəzərə alaraq, Pənahovun cinayət işinə xitam verilməsi barədə prokurorluğa vəsatət verilib və o təmin edilib.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button