2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənistan KTMT-dən çıxmağın nəticələrini "dövlət sirri" adlandırıb

Ermənistan hələ ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmayıb, təşkilatdan çıxmağın mümkün nəticələri isə dövlət sirridir. 

Toplum TV xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan keçirdiyi brifinqdə bildirib.

Asryan Rusiya silahlarının ölkəyə tədarükü ilə bağlı şərh verməkdən imtina edib, o, bu məsələnin də dövlət sirri olduğunu qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Son vaxtlar Ermənistan hökumət nümayəndələri Rusiya ilə bağlı dəfələrlə tənqidi bəyanatlar səsləndirib. Yerevan bəzi inteqrasiya formatlarında görüşləri buraxıb. Həmçinin ölkənin Baş naziri Nikol Paşinyan Minskdə keçirilən KTMT sammitində iştirak etməyib. Baş nazir respublikanın bu təşkilatda iştirakını dondurduğunu bəyan edib.

Rusiya Xarici İşlər Nazirliyi isə öz növbəsində bəyan edib ki,Yerevanın KTMT tədbirlərində iştirak dinamikası azalıb və “bu, dost erməni xalqının maraqlarına cavab vermir”. 

Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl Antalyada keçirilən Beynəlxalq Forumda KTMT-də iştirakla bağlı Yerevandan cavab almağa ümid etiklərini bildirib. 

O həmçinin qeyd edib ki, Ermənistan Rusiya Federasiyasından uzaqlaşmağa davam edərsə, Moskva onunla münasibətləri ciddi şəkildə yenidən nəzərdən keçirəcək.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button