2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Ermənistan prezidenti istefa verməyə məcbur oldu

Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.

“24 saat”-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.

Armen Sarkisyan istefa verməsinin səbəblərini açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident qeyd edib ki, onun bu qərarı emosionallıqdan deyil, müəyyən məntiqdən irəli gəlir.

Sarkisyan fikrini belə izah edib ki, hazırda prezidentin xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və vasitələri yoxdur.

A.Sarkisyan əlavə edib ki, Ermənistanda paradoksal vəziyyət yaranıb: “Prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur. Ermənistan formaca parlamentli respublikadır, məzmunca isə belə deyil”.

O, konstitusiya islahatlarının aparılmasını da təklif edib. Bildirib ki, bu halda qarşılıqlı nəzarət və tarazlıq mexanizmlərinə əsaslanan dövlət sistemi yaradılacaq.

Sarkisyanın sözlərinə görə, hazırda Ermənistan prezidentin sülh və müharibə məsələlərinə qarışa bilməyəcəyi, demokratiya üçün əlverişsiz hesab etdiyi qanunlara veto qoya bilməyəcəyi reallıqda yaşayır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button