2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaManşet

Ermənistanda aksiya başladı – CANLI YAYIM

Aksiyaçılar deputatların parlament binasını tərk etməsinə imkan vermirlər

Ermənistan parlamentinin qarşısında xeyli sayda insanın iştirakı ilə aksiya keçirilir. Aksiyaçılar ölkə Baş nazirinin ikinci dəfə seçilməsinə zərurət yaranacağı təqdirdə qanunvericilik orqanının buraxılmasını əngəlləməyə imkan verən qanun layihəsinin qəbuluna etiraz edirlər.

Ermənistanın mediasının məlumatına görə, etirazçılar parlamentə girişi bağlayıblar, deputatlar binanı tərk edə bilmirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistan Respublikaçı Partiyası, Çiçəklənən Ermənistan və Erməni İnqilabçı Federasiyasının müzakirəyə çıxardığı qanun layihəsi parlamentin ölkə Baş nazirini ikinci dəfə seçməsinə zərurət yaranacağı hallarda qanunvericilik orqanının buraxılmasının yolverilməz olduğunu nəzərdə tutur.

Ermənistanın Baş nazir Nikol Paşinyan parlamentin xüsusi sessiyasının dayandırılmasını istəyib.

Paşinyan deputatlardan iclasın boykot edilməsini istəyib və bu qanun layihəsinin lehinə səs verən şəxslərin “əks-inqilabçı” olduğunu söyləyib.

O, deputatlarla danışmaq üçün parlament binasına gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button