2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənistanda Azərbaycan əsgərinə cinayət işi açılıb

Ermənistanda Azərbaycanın hərbi qulluqçusu saxlanılıb.

Toplum TV xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İddiaya görə, fevralın 28-i saat 05:15 radələrində Sünik rayonunun Tex icmasının sərhəddində AKM avtomatı ilə silahlanmış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttini keçib. 

Saytların yığılması Saytlarin yigilmasi

Hərbi qulluqçunun Ermənistan Müdafiə Nazirliyinin əsgərləri tərəfindən saxlanıldığı bildirilir.

Qeyd olunub ki, hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçu Pənahov Ruslan Eldəniz oğlunun əlverişsiz hava şəraitində azdığı barədə məlumat yaymışdı.

 

 

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button