2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənistanın yeni naziri Gürcüstanda axtarışdadır

Ermənistanın yeni hökuməti ətrafında yaranmış hay-küy və Sarkisyana yaxın ekspertlərin bildirdiyinə görə, ölkəni böhrandan çıxarmalı olan yeni Nazirlər Kabinetinin əvvəlkilərdən elə bir fərqinin olmamasına dair faktlar üzə çıxmaqdadır.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, yerli mətbuata sızan məlumata görə, Ermənistanın energetik infrastruktur və təbii ehtiyatlar naziri Aşot Manukyan cəmi üç il bundan əvvəl Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən iri maliyyə pozuntularında şübhəli qismində axtarışda olub.

Sən demə, 2012-2013-cü illərdə Manukyan Gürcüstanda “Telasi” energetika şirkətinin başında olduğu zaman rüşvətxorluq, çirkli pulların yuyulması və kommersiya sənədlərinin saxtalaşdırılması ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilibmiş. Həbs olunana qədər Manukyan qaça bilib və Gürcüstan onu axtarışa verib.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır ki, 2011-2015-ci illərdə, hüquq-mühafizə orqanları onu axtardığı vaxt Manukyan Razdanda hansısa energetika şirkətinə rahatca başçılıq edirmiş.

Sadəlövh olmaq lazımdır ki, yeni nazirin təyinatı vaxtı Sarkisyanın və yeni baş nazir Karen Karapetyanın Manukyanın kriminal keçmişi barədə xəbərsiz olmalarını düşünəsən. Əminliklə demək olar ki, Sarkisyanın yeni hökumətində hər şey əvvəlki kimidir və islahatlar barədə söz-söhbətlər saxtakarlıqdan başqa bir şey deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button