2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Evindən oğurlandığı iddia edilən fəala 30 sukta həbs cəzası verilib

Yayımlandı: 11 Noyabr 2022 22:01

Əhməd Məmmədli: “Bu, adam oğurluğu, şərləmə, işgəncə və həbsdir”

D18 Hərəkatının üzvü Orxan Zeynallıya noyabrın 11-də 30 sutka həbs cəzası verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Meydan TV-yə hərəkatın sədri Əhməd Məmmədli məlumat verib.

O bildirib ki, bu, açıq-aşkar adam oğurluğu, şərləmə, işgəncə və həbsdir:

“Sistemin mahiyyəti budur. Olanları çəhrayı eynəkləri çıxarıb görmək lazımdır. Bu vəziyyətlə əsla barışmaq olmaz. Sistemin dayaqlarını zəiflədib, çökdürənə qədər dayanmaq olmaz”.

Əhməd Məmmədli əlavə edib ki, onlara Orxan Zeynallının nədə ittiham edilməsi barədə dəqiq məlumat verilməyib.

Amma Orxan Zeynallının polisə tabesizlikdə ittiham olunduğu günün əvvəlindən bəlli olub:

“Hazırda vəkili ilə danışırıq, ittihamın hansı yöndə olduğunu öyrənməyə çalışırıq”.

D18 Hərəkatının İşçi Masasının üzvü Orxan Zeynallı noyabrın 10-da, axşam saatlarında yaşadığı mənzildən 5 nəfər mülki polis əməkdaşı tərəfindən aparılıb.

Bildirilir ki, bunlar onun həyat yoldaşının gözü önündə baş verib.

D18 Hərəkatının sədri Əhməd Məmməli Orxan Zeynallının saxlanmasına səbəb kimi onun polis barəsində yazdığı tənqidi statusları göstərir.

O deyir ki, saxlanandan sonra həyat yoldaşı polisə dəvət edilib və ondan həmin statusların silinməsi tələb edilib.

İş vaxtı bitdiyindən Orxan Zeynallının hansı səbəbdən saxlanıldığı barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat almaq mümkün olmayıb. Lakin daha öncə DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev “Turan” İnformasiya Agentliyinə bildirib ki, bəli, Oorxan Zeynallı saxlanılıb, hazırda araşdırma aparılır.

Elşad Hacıyev araşdırmanın detallarını açıqlamayıb.

“D18 – Demokratiya 1918″ Hərəkatının rəhbəri Əhməd Məmmədli də bundan bir müddət öncə inzibatı qaydada həbs edilmişdi.

O, polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılırdı. Lakin o, ittihamı qəbul etmirdi.

Müdafiə tərəfi onun həbsini sosial şəbəkələrdə tənqidi statusları ilə izah etmişdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button