2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fərman Salmanovun xatirəsinə…

Şərqdə deyirlər ki, həqiqi avtoritet heç vaxt özü haqda danışmır, onun

Saytların yığılması Saytlarin yigilmasi

barəsində başqaları danışır. Bax, həyatımda önəmli rol oynayan belə bir

avtoriteti bu gün xoş şözlərlə xatırlamaq istəyirəm.

1928-ci ilin 28 iyulunda Azərbaycanın Şamxor (indiki Şəmkir)

rayonunun Morul kəndində Azərbaycanın böyük oğlu, Sibir neftini kəşf

edən Fərman Qurban oğlu Salmanov doğulub, hansı ki, mən onu

özümün “xaç atası” hesab edirəm.

Taleyim elə gətirdi ki, həyatı anladığm zamandan bu əfsanəvi şəxslə

yanaşı olmuşam. Onun təhsil aldığı Neft Akademiyasının fakültəsinə

məhz ona görə vaxtilə üz tutdum. Sonradan onun sayəsində Yəməndə

işləməyə yollandım. Mən Azərbaycan hökümətində işləməyə

başlayanda isə, demək olar ki biz hər gün onunla əlaqə saxlayırdıq və

onun məsləhətləri o zaman mənə çox kömək etdi.

Bu insan mənə çox şey öyrətdi, ancaq ən əsası-Azərbaycanı sevməyi.

10 il keçməsinə baxmayaraq, mən onun yoxluğunu qəbul edə bilmirəm,

cünki Fərman Salmanov mənə məsləhətləri ilə yol göstərən, kömək

edən ikinci ata kimi idi. Mən kiçik oğlumun adını da onun şərəfinə

qoymuşam.

Harda olmağımdan asili olmayaraq biz daim əlaqə saxlayardıq- 2007-

ci ilin 31 martına qədər-onun ölən gününə kimi və xüsusən geyd eləmək

istəyirəm, biz onunla hər zaman yalniz öz dilimizdə-azərbaycanca

danışırdıq. Bəxtim onda gətirdi ki, belə bir tarixi şəxsiyyətlə uzun illər

dostluq etmişəm və o mənimlə hər zaman öz övladi kimi davrandı.

O, Azərbaycanı, onun dilini, mədəniyyətini cox sevirdi. Bu gün belə bir

insanın həyatımda çatışmadığını hiss edirəm.Bütün status və adlarina-

SSSR-in geologiya naziri, Əmək Qəhrəmani, akademik, ən yüksək

mükafatlarin laureati, Azərbaycan, Rusiya və SSSRİ-nin deputatı və s. və

i.-baxmayaraq o cox təvəzökar insan idi.

İş həyatı boyunca o heç vaxt öz kökünü, Ana Vətənini unutmayıb.

Harda işləməyindən və yaşamağından asılı olmayaraq Fərman Samanov

öz kiçik Vətəni haqda düşünər və kömək edərdi. Tümendə, sonra

Moskvada işlədiyi illərdə minlərlə həmvətənləri onun yanına iş və

məsləhət üçün gedirdilər və bir canli şahid kimi deyə bilərəm: əlbəttə ki,

Fərman Salmanov onları əliboş qaytarmırdı. Bu gün Tümendə və Sibirdə

minlərlə azərbaycanlının yaşaması onun qayğısının nəticəsidir və buna

görə ona minnətdar olmaq lazımdır. Salmanov kimi insanlar tarix

yaradır və o, millətimizin qürur mənbəyidir.

Xüsusilə qeyd etmək istərdim ki, bu gün Rusiyada həmyerlimizin

xatirəsi əbədiləşib, onun adına küçə və prospektlər, gəmi və təhsil

müəssisələri var, abidəsi qoyulub və buna sevinməmək olmur, çünki o

Rusiyanın bu gün yaşamasına səbəb olan nefti ilk kəşf edən

şəxslərdəndir!

Ancaq nədənsə doğma Azərbaycanımda bu gün rəsmi şəkildə onu heç

yada salmırlar. Biz necə millətik axı? Nə vaxta kimi böş-boş “öndər”in və

onun qohumlarının bizim beynimizə yeridilməsinə şahid olacağıq?

Ölkənin demək olar ki bütün küçələri onların adınadır və hər biri də öz

sahəsi üzrə “akademik” olub. Xalqımızın digər qürur mənbələri, layiqli

nümayəndələri yoxdur?

Məşhur filosoflardan biri vaxtilə deyib: “Şərəf– zahiri

vicdandır, vicdan isə daxili şərəf”. Məhz elə buna görə mən

bu gün bu cür dəyərlərə malik olan Fərman Salmanovu yada salmaq

istədim, cünki o mənim xalqımın şərəf və vicdanı olub və bundan sonra

da olacaq.

Ramis Yunus

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button