2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Faiq Əmirlinin səhhətinin yenidən pisləşdiyi bildirilir

“Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirlinin səhhətinin yenidən pisləşdiyi bildirilir.

Bu haqda onun həyat yoldaşı Lalə Əmirli məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun bildirdiyinə görə, F.Əmirlinin səhhətindəki problemlər daha da ciddiləşib.

Buna da bax:​ Faiq Əmirlinin işi məhkəməyə gedir

“Öd kisəsinin ağrıları şiddətlənib. Üstəlik, ürəyində də ağrılar baş qaldırıb. Qaytarma halları da çoxalıb”, o, deyib.

F.Əmirlinin səhhətində problemlərin əvvəldən də olduğu deyilirdi. L.Əmirlinin bildirməsinə görə, həbsxana şəraitində onun ağrıları bir az da kəskinləşib.

“F.Əmirli müalicə altında idi və həbs edilməsi ilə müalicəsi yarımçıq kəsilib. O, pəhriz yeməkləri qəbul etməlidir. Həzm sistemində pozğunluq var və yediyi qidanı tez-tez qaytarır ”, – deyə xanımı vurğulayıb.

Buna da bax:​ Vəkil: ‘Faiq Əmirlinin yeri dəyişdirilməlidir’

Lalə Əmirlinin bu açıqlamasına, hələlik, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.

F.Əmirli 2 həftə öncə səhhətindəki problemlərinə görə, 1 saylı Bakı İstintaq Təcridxanasında həkim müayinəsindən keçirilib. Vəkilləri onda bildirmişdilər ki, bu müayinə nəticəsində də Faiq Əmirlinin səhhətində yaranan problemlər aşkarlanıb. Sadəcə cəza evində müalicə ciddi nəticə vermir.

Xatırlatma

Faiq Əmirli ötən il avqustun 20-də saxlanıb. Yaxınlarda onun məhkəməsinin başlanacağı gözlənilir.

Buna da bax: Həkimlər Faiq Əmirlini müayinə ediblər

F.Əmirli əvvəlcə CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilirdi. Bu maddələrə görə, 5 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bu yaxınlarda isə məlum olub ki, istintaq Faiq Əmirliyə yeni ittihamlar irəli sürüb. Yeni ittihamlar Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə) üzrədir. Cinayət Məcəlləsi yeni ittihamlar üzrə 8 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Buna da bax:​ ‘Azaqlıq’ qəzetini çap edən mətbəə bağlanıb

İstintaq orqanları F.Əmirlini əvvəlcə ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edirdi.

AXCP isə Faiq Əmirlinin həbsini siyasi sifariş sayır.

Türkiyədə hakimiyyət çevrilişinə cəhddə ittiham edilən F.Gülen de ona ittihamları qəbul etmir.

Faiq Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı da dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb ifadələri alınıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button