2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Faktlar İlham Əliyevi təkzib edir – ölkə geri gedir EKSPERT ŞƏRHİ

Nemət Əliyev, iqtisadçı ekspert

Nazirlər Kabinetinin dünənki iclasında dövlət başçısı İlham Əliyev elan edib ki, 9 ayda ölkə uğurla və hərtərəfli inkişaf edib, bütün sahələrdə dinamik inkişaf təmin olunub. Doğrudanmı? Gəlin baxaq. 

Saytların yığılması Saytlarin yigilmasi

Bu məsələyə yalnız rəsmi məlumatlar əsasında lakonik şəkildə münasibət bildirəcəyəm (İlin 9 aylıq makroiqtisadi göstəriciləri ictimaiyyətə açıqlanmadığına görə burada 8 aylıq göstəricilərə istinad olunur. Hesab edirik ki, sonuncu 1 aylıq dövr ümumi tendensiyanı dəyişdirmək gücündə deyil).

1) Rəsmi açıqlamaya görə ölkə üzrə ÜDM-in həcmi 1,1% azalıb. Yəni, ümumi iqtisadiyyatda dinamik inkişaf deyil, tənəzzül yaşanır. Bu üzdən iqtisadiyyatımız ötən ilə nəzərən daha da kiçilib;

2) Mədənçıxarma sənayesində 7% düşmə qeydə alınıb. Qeyri-neft emal sənayesində 0,9% dinamika müşahidə olunsa da, bu vəziyyət emal sənayesində ümumi enmə tendensiyasını dəyişmək gücündə olmayıb. Bu üzdən emal sənayesində istehsal 2,4% düşüb. Ümumi sənaye istehsalı isə ölkə üzrə 6% azalıb. Deməli, sənayedə inkişaf yoxdur. Burada tənəzzül yaşanır;

3) Kənd təsərrüfatında istehsalın tempi 2,4%-dən 1,7%-ə düşüb. Ümumi əkin sahəsinin təxminən 60 faizində becərilmiş dənli və dənli-paxlalı bitkilərin istehsalı 5,6% aşağı düşüb. İyul ayının 1-nə olan vəziyyətə görə həm inək və camışların, həm də qoyun və keçilərin baş sayında azalma əmələ gəlib. Deməli, burada da vəziyyət pisləşib. Pisləşmə tendensiyası həm bitkiçiliyə, həm də heyvandarlığa sirayət edib; 

4) Nəqliyyat sektorunda yük dövriyyəsi ötən ilki səviyyədən aşağı düşüb (61,3 milyon ton-km-dən 60,8 milyon ton-km-ə enib). Bu göstərici də pisləşib;

5) İnformasiya və rabitə xidmətlərində temp 9,2%-dən 5,1%-ə düşüb. Yəni, tendensiya pisləşməyə yön alıb. Burada vəziyyəti ağırlaşdıran həm də odur ki, milyardlarla maliyyə tökmək hesabına kosmosa qaldırılmış peyklərin bu sahəyə tövhəsi adekvat nəticələr ortaya çıxarmayıb; 

6) Pərakəndə ticarət dövriyyəsi üzrə temp də aşağı enib; 

7) Ölkə üzrə qiymətlərin səviyyəsi ötən dövrdə 10,4%-dən 14%-ə yüksəlib. Deməli, ölkədə bahalaşma sürətlənib;

8) Əhalinin nominal gəlirlərinin artım tempi zəifləyib. Lakin itkilər bununla bitməyib. Çünki 14%-lik inflyasiyanın təsiri ilə əhalinin real gəlirləri 6,4% azalıb;

9) Ötən bir ildə kredit qoyuluşu 23% və ya 3,8 milyard manat düşüb. Bununla yanaşı problemli kreditdlərin həcmi bu 1 ildə 20,5% və ya 308 milyon manat böyüyüb;

10) Xarici investorlar ötən ilki yatırımları daha 3%-ə qədər azaldıblar. Yerli müəssisə və təşkilatlar isə bu yöndəki fəaliyyətlərini 20%-dək zəiflədiblər;

11) Bu ilin 8 aylıq xarici ticarət dövriyyəsi ötən ilə nəzərən 9,24% azalıb. O cümlədən, ixrac dövriyyəsi 12,6%, idxal dövriyyəsi isə 4,22% azalıb.

Siyahını daha da böyütmək mümkündür. Lakin nəticə çıxarmaq, ümumi dəyərləndirmə etmək üçün bu qədər yetərlidir. Nəticələr belədirsə, o zaman iqtisadiyyatda dinamika, uğurlu nəticələr haqqında necə düşünmək və necə fikir söyləmək olar? Əksinə, sosial-iqtisadi göstəricilərin təhlili onu deməyə əsas verir ki, ötən illə müqayisədə ölkədə vəziyyət daha da ağırlaşıb və ölkə geri gedir. Əgər nəticələr budursa, o zaman həyata keçirilmiş hər-hansı islahatdan danışmaq da olmaz.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button