Loading...
Loading...
SEÇMƏ

FHN-in polkovniki pornoqrafik materiallar yaymaqda şübhəli bilinib

Yayımlandı: 18 Avqust 2022 15:11

Yayılan videolarda görüntülənmiş şəxs saxlanılıb

Bugünlərdə sosial şəbəkələrdə yayılan intim xarakterli video və fotolardakı şəxslərdən biri – Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev avqustun 17-də tutulub. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Zaur Mirzəyev sözügedən video və fotoların yayılmasında şübhəli bilinərək saxlanılıb.

İddia olunur ki, Zaur Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb.

“Xidməti və sair asılılıqlarından yararlanaraq, qadınlarla 2013-cü ildən 2019-cu ilin sonlarına qədər iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internetdə yayılmasına səbəb olub”, – prokurorluğun yaydığı məlumatda deyilir.

Zaur Mirzəyev səlahiyyət hüdudlarından kənara çıxmaqda, videogörüntülərdəki şəxslərin hüquq və qanuni mənafelərinə, həmçinin Fövqəladə Hallar Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirməkdə ittiham olunur.

Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Bu məsələ ilə bağlı araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Zaur Mirzəyevin və ya vəkilinin ittihamlara münasibəti məlum deyil.

Meydan TV

Gözdən qaçırmayın:  Qazaxıstanda: Yanvar hadisələrində 238 nəfər həlak olub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button