2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fikir modası

Yalçın İmanov

Düşüncə, fikir moda, hər hansı fəaliyyət özünü olduğundan artıq təqdim etmə, göstəri aləti olanda naqis olur. Xüsusən bizim kimi avtoritar ölkələrdə. Gözəl fikir, gözəl qız kimidi, cəlb edir, həyacanlandırır, sevdirir, dirildir, hətta öldürür də. Ona vurulmaq yox, onu sevmək lazımdı, onu vaxtaşırı dadmaq yox, son damlasına qədər başına çəkmək lazımdı, yoxsa olmur. Olur ey, amma belə, bizim ölkədə kimi. Eləcə də hər hansı fəaliyyət. Həyat tərzinə çevrilməyəndə, gündəlik yaşayışın ayrılmaz parçası olmayanda, pis halda əlbisə, bədəni örtən paltar, babat haldasa dolanacaq mənbəyi, vasitəsi olur…
***
Fikir, düşüncə modaya, qulağa xoş gələnə işləyəndə, fəaliyyət göstərini, gözə xoş gələni, özgəni, kütləni hədəfləyəndə naqis olur! İndikator- başqası olanda, motiv də fərqli olur. Mən dərin şübhə içindəyəm, görən Robinzon Kruzo, məskunlaşdığı adada namus üstündə qətl törədə, qan tökərdimi? Axı, bu qan tökməni nümayiş etdirəcək başqası və bu başqası qarşısında reablitasiya olunmaq, namuslu görünmək ehtiyacı, zərurəti yoxuydu! Gərək, Defo süjet xəttini dəyişib, Cümə-yə sataşan birin tapaydı. Onda Kruzonun əsl xislətin görmək maraqlı olardı.
Başqası olmayanda, özündə olmursan, dəyərlərin “kəskinliyi itir” düşüncəsi – günümüzün aktuallığıdır.
***
2000-ci illərin əvvəllərində cırıq-curuq şalvarlarda, ayaq baldırlarına, qol əzələlərinə Che Guevara-nın şəkilin döydürüb, bütün günü ictimai-siyasi məkanlarda, pub-larda dolaşan inqilabçı dəstələr vardı. Soruşsaydın, əslində Che-dən bir beş dəqiqə davamlı söhbət edə bilməzdi əksəri. Amma Che-nin fotosu yaxşı “əlbisə”ydi, cəlbedici “paltar”ıydı. Bu və ya digər səbəblərdən. Ən başlıcası Che düşüncəsi moduydu o zamanlar. İndi hərdən ortalığa göz atıram – o ayaq baldırları, qol əzələləri yazılı gənclər bir parça yağlı əppək kimi hara yoxa çıxdılar, nərələrə kayb oldular?!…
***
Fikir vermişəm, düşüncə modu, periodik bir şeydir. Pis hava kimi qəfil gəlir, bir müddət təsiri altında saxlayır çoxluğu, fəğan eliyir, başa düşdü-düşmədi, hamı gövşəyir, danışır, sonra heç nə olmayıbmış kimi izsiz-tozsuz yoxa çıxır, yaddan çıxır, ta növbəti modaya kimi. Bəzən hətta bu moda zamanı hakimiyyətin rəsmi ittihamı ilə ona qarşı çıxanların mövqeyi üst-üstə belə düşür. Nəticədə qazanan avtoritar rejimlər, əzənlər olur. O şey ki, davamlı, gündəlik peşəkar və sabitqədəm fəaliyyətdən, gərgin düşüncələrdən formalaşmış əqidədən gəlməliydi, gəlmir, onun yerini parıltılı, ilk anda təhlükəli təsir bağışlayan, əslindəsə elə olmayan fəaliyyət göstərisi, fikir modaları – əllaməçiliyi tutur. Bu mənada hər tərəfi bürüyən ikili standartlar, özümüzünkülər və özgələr definisiyaları /bundan ziyan çəkən və itirən cəmiyyət/, sekta təfəkkürü təbii təsir bağışlayır.
Ölkəmiz nədən olmasa da, düşüncə modasından, davranış göstərilərindən boldu. Görünür, bu özü də avtoritarizmin başqa bir bəlasıdır. “Eybəcərlər anası” kimi. Fərq, atanın məlumluğudu – mövcud hakimiyyət.
***
Ümid yalnız bunadı ki, bütün modalar kimi, fikir, düşüncə modası da ötəridi…

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button