Manşet

Fikrət Fərəməzoğlu ilk dəfə həbsinin gerçək səbəblərini açıqladı – Şok məktub

 

“Əslində, həbsimin sifariş əsasında və siyasi motivli olduğu zaman içində ortaya çıxır. “Bandotdel” rəhbərliyi himayə etdiyi əxlaqsızlıq yuvaları və qumarxanaların ifşa olduğunu görüb, habelə polis özbaşınalığı barədə mütəmadi yazılar dərc etdiyimdən əndişələnərək həbsimi reallaşdırıb. Lakin bu yaxınlarda məlum olub ki DİN-in başqa “qarınağrısı” da var”.

24saat.org xəbər verir ki, bu sözləri hazırda həbsdə olan jurnalist, siyasi məhbus Fikrət Fəraməzoğlu bildirib.

Onun sözlərinə görə, “Bandotdelin” rəhbərliyi belə bir qənaətə gəlib ki, guya MTN-nin iş adamları, habelə digər şəxslərlə bağlı şantaj videolarının bir qismi onda olub.

“Bu yaxınlarda mənə məlum olub ki, Bandotdelin əməliyyatçıları həm evimdə, həm də maşınımda hansısa görüntülərin olduğu flaş kart və CD-ləri axtarıb.

Hətta evimdə və maşınımda olan bütün CD-ləri özlərilə götürüblər. Qəribədir ki, götürülən əşyaların heç biri haqqında istintaq materiallarında məlumat verilməyib”.

F.Fəraməzoğlu bildirib ki, hələ həbsinin ilk günlərində, həm əməliyyaçılar, həm də müstəntiq ondan hansısa görüntülər barəsində israrla soruşurmuş: “Həmin vaxt onların nə axtardıqları və nə istədiklərini anlamırdım. Çünki bunu dolğun şəkildə ifadə etmirdilər.

Evimdən və maşınımdan götürülən CD lər və noutbukumda aparılan axtatışlardan əllərinə heç nə çatmadıyını görüb, bərk pərt olmuşdular. Ona görə ki, əllərinə çatan “qənimət”in içində uşaqlarımın bağça şəkilləri toy görüntülərindən başqa heç nə yox idi”.

Həbsdə olan baş redaktor “Bandotdel” rəhbərliyinin savadının və peşəkar olduğunun hansı biabir vəziyyətdə olduğunu vurğulayıb:

“Həmin məlumatı Bandotdelə bir neçə jurnalist verib ki, mətbuat dünyasında daha çox qeyri-ciddi adam kimi tanınırlar. Belə adamlara inanmaq, onların verdiyi məlumatlara əsaslanıb, məni həbs etmək Bandotdelin, ümumilikdə DİN-in rəhbərliyinin ən uğursuz əməliyyatının nümayişidir”.

Məhbus jurnalist deyib ki, “Bandotdel”in axtardığı görüntülərin bir qismi DTX-in keçirdiyi uğurlu əməliyyat zamanı yaxalanmış “reket” jurnalistlərin komputerindən və ofisindən çıxıb: “Ki, bu da onları bərk pəjmürdə edib.

DTX-nin əməliyyatından sonra “Boandotdelin” nəinki əməliyyatçıları, hətta rəhbərliyi şok vəziyyətində idi. Çünki axtardıqları, həm məndən çıxmamışdı, həm də yuxarıları aldadıb, yalan məlumat vermələri faş olmuşdu.

Ən əsası isə həmin görüntülər rəqib əlinə keçmişdi. Bunu dolayısı ilə özləri də etiraf edirdilər. Ona görə də mənim həbsimi ört-basdır etmək üçün özlərinin ən həyasız üzəduranlarının xidmətlərindən maksimum dərəcədə yararlanmaqdan başqa çıxış yolları qalmadı”.

F.Fəraməzoğlu vurğulayıb ki, onda nəinki MTN-ə aid olan, hətta başqa hər hansı şantaj xarakterli görüntülər olmayıb və olması mümkün deyil:

“Mənim MTN-lə yaxından-uzaqdan heç bir əlaqəm olmayıb. Əksinə hələ 2008-ci ildə MTN rəhbərliyi qəzetimi əlimdən alıb, özümü 3 gün həbsdə saxlayıb. Eyni zamanda, MTN-i ən çox tənqid edən və onun qeyri qanuni fəaliyyətlə məşğul olduğunu ifşa edən az sayda jurnalistlərdən biri mən olmuşam.

Buna müəyyən etmək heç də çətin deyil. Rəhbəri olduğum sayta baxmaq kifayətdir. Digər tərəfdən MTN şantaj videolarının Habil və Surxay dəstəsinin kabinetindən və ya komputerindən aşkarlandığı bəllidir. Belə olan təqdirdə bu cür sərsəm ittihamla həbsimi reallaşdırmaq özü biabirçılıq, qeyri-peşəkar və savadsızlıqdır”.

Həbsdə olan baş redaktorun sözlərinə görə, əgər DİN MTN-in şantaj videolarını tapmaq istəyirsə, bunu heç də uzaqlarda axtarış aparmağa gərək yoxdur:

“Bunun üçün ilk olaraq “Bandotdel”dən başlasınlar. Əminliklə deyirəm ki, əgər sözügedən idarənin rəhbərliyin yaxşıca sıxışdıra bilsələr, o videoların bəzilərinin yerini və kimlər tərəfdən çəkildiyi və reketlərə ötürüldüyünü aşkarlaya bilərlər.

Bu iddiam əsassız deyil, əksinə üst-üstə düşən ciddi əsaslar var. Məsələn, MTN generalları Elçin Quliyevə və Akif Çovdarova aylıq haqq verən, habelə onlara gizli kameralarla çəkilmiş müştərilərinin görüntülərin ötürən “Clear” hotelin sahibləri Fikrət və Fəxrəddin Feyziyevlərin, habelə”Antaliya”,”Hills”,”Akva”,”Jasmin”,”Diyana”,”Vostoçnıy Bereq”kimi əxlaqsızlıq yuvalarını işlədən Mehman Həsənov “Boadotdel”tərəfindən bu qədər ciddi cəhdlə qorunmazdı.

Görünür, ortada təkcə himayədarlıq məsələsilə yanaşı, digər ortaq maraqlar da var. Mən hələ məlum Quba olaylarından sonra yaşanan bəzi proseslərin detalları barədə danışmaq istəmirəm”.

Jurnalist “Bandotdel”in evindən və maşınından götürdüklərini geri qaytarmasını tələb edir: “Tələb edirəm ki, əməliyyatçıların evimdən və maşınımdan götürdükləri uşaqlarımın karnaval və toy görüntüləri yazılmış CD-ləri habelə komputerimi, maşında cizgi filmlərə baxmaları üçün 90 manat verib, aldığım monitoru geri qaytarsınlar”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button