SEÇMƏ

Filip Riker: “Minsk Qrupu işləmir”

Yayımlandı: 17 Noyabr 2022 14:11

“Biz konsensus vasitəsilə bu mandata son verə bilərik”

“Minsk Qrupu, məlum olduğu kimi, işləmir, mandatı və məqsədi qalır. Ermənistan-Azərbaycan münasibətləri o qədər inkişaf edib ki, biz konsensus vasitəsilə bu mandata son verə bilərik”.

Bu fikirləri ABŞ Dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı səsləndirib.

Ancaq Filip Riker bu mandatı faydalı da hesab edir:

“Lakin mandatın özü kifayət qədər faydalıdır. Baxmayaraq ki, Minsk Qrupu həmsədrlərinin qarşlıqlı fəaliyyət prosesi artıq işləmir. Biz tərəflərlə onların sülh prosesində birbaşa iştirak edirik”.

Diplomatın sözlərinə görə, Minsk Qrupu işləmir:

“ATƏT isə konsensus əsasında fəaliyyət göstərir. Mən fransalı həmkarımla, hazırda regionda bu qədər dərindən iştirak edən Avropa İttifaqı ilə, digər maraqlı tərəflərlə, ATƏT-in özü ilə çox sıx əlaqə saxlayıram”.

Azərbaycan sadəcə olaraq bəyan etdi ki, bundan sonra Minsk Qrupu ilə məşğul olmayacaq”, – deyə Riker əlavə edib.

Minsk Qrupunun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayıb.

Həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.

1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib.

Ardınca Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk Qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul olunub.

Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən ona əvvəlcə Finlandiya ilə Rusiya, 1995-1996-cı illərdə İsveç və Rusiya başçılıq edib.

1997-ci ilin yanvarından ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, RusiyaFransa başçılıq ediblər.

Meydan TV

Gözdən qaçırmayın:  Aksiyada həbs olunan AXCP üzvü işgəncəyə məruz qaldığını bildirib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button