2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

“Formula-1» bizə nə verdi?

Yaxud 100 milyon xərcləyib, 4 milyon qazanmaq müdrikliyi

Dövlətin, dövlətçiliyin, xalqa xidmətin nə demək olduğunu bilməyənlərin girovuna çevrilmişik. Uzun illərdi ağ yalanlar danışa-danışa xalqın gününü qara etdilər. Mənasız, səmərəsiz layihələri, zərərli tədbirləri, büdcəni zəiflədən idman yarışlarını inkişaf kimi qələmə verdilər, dövlətin tanınması kimi təqdim etdilər.
Amma nə Avropa Oyunlarının, nə də “Formula-1″ yarışlarının ölkəni müsbət mənada tanıtmasının şahidi olmadıq. Əgər bu yarışlar Azərbaycanın imicini yüksəltsəydi və bu haqda dünya mətbuatı silsilə yazılar yazsaydı, hökumət qəzetləri bunu gecə-gündüz tirajlayardı. Əksinə, nüfuzlu mətbuat orqanları ölkədəki korrupsiyadan, repressiyadan yazdı, ölkədə avtoritar idarəetmənin mövcudluğunu diqqətə gətirdi. Iqtisadi baxımdan yarışlar, ümumiyyətlə, zərərlə yekunlaşdı. Avropa oyunları zamanı olduğu kimi, ”Formula-1″ yarışları zamanı da nəf qudurub mayanı yedi.
Gənclər və Idman nazirinin etiraf etdiyi bu olmuşdu ki, “Formula-1″ yarışlarına 100 milyon vəsait xərclənib. Ən dəhşətlisi isə budur ki, Azad Rəhimov ”Formula-1″ yarışının 4 milyon qazanc gətirdiyini bildirib. Bəli, uzaqgörən və müdrik hökumətimiz 100 milyon xərcləyib ki, 4 milyon qazanc götürsün. Dünya iqtisadiyyatı bu fenomenal idarəçiliyin qarşısında aciz qalıb.
Ilk baxışdan elə görünə bilər ki, hökumətimiz qazancı düzgün hesablaya bilməyib, həddindən artıq sadəlövh olub və s.
Əslində isə reaalıq fərqlidir. Hökumət həmişə olduğu kimi bu dəfə də dövlətin deyil, öz cibinin qazancını hesablayıb. Yəni bu yarışdan büdcəyə nə qədər pul gələcəyi yox, açar fiqurların nə qədər pul qazanacağı əsas götürülüb. Bəli, əsas odur ki, Azad Rəhimovun oğlunun biznesi işləsin, hansısa məmurun dibçəkləri satılsın, hansısa məmurun hotelləri pul qazansın, yol tikintisinə görə hansısa nazirin şirkəti tenderin qalibi olsun və s.
Deməli, büdcənin boşalması hesabına həm bir qrup adamın hobbisi təmin olunur, bu saxta uğurun üzərində piar qurulur və nəticədə iribuynuzlular milyonlar qazanır. Yəni bu tədbirlərin keçirilməsində əsas məqsəd büdcədən pul silməyə bəhanə tapmaqdır.
Heç bir normal hökumət valyuta ehtiyatlarının azaldığı, xarici borcun artdığı, əhalinin həyat şəraitinin pisləşdiyi bir dövrdə 100 milyon dolları havaya sovurmazdı. 100 milyonluq xərcin qarşılığında 4 milyon gəlirin əldə edilməsi isə bu hökumətin yararsız olduğunu bir daha təsdiqləyir.
Beləliklə, “Formula-1″ nə iqtisadi, nə də siyasi baxımdan uğur gətirdi. Əksinə, bu yarışlardan sonra Avropa Məhkəməsindən ard-arda qərarlar gəldi və hökumətin saxtakarlığı, qanunsuz əməlləri bir daha sübuta yetirildi. Ona görə də əsas olan ”Formula-1″ yarışı keçirmək deyil, ölkəni demokratik formaya salmaqdır.
Qısası, hökumətin “Formula-1″ təbliğatı da iflasa uğradı. Və görünən bu oldu ki, büdcənin boşalması hesabına ciblər dolub. Cibləri dolanlar da öz şəxsi uğurlarını dövlətin uğuru kimi qələmə verdilər və xalqı bu ”uğur”a sevinməyə çağırdılar.
Yəni “sizin acından ölməyiniz boş şeydir, bizim cibimizin dolmasına görə sevinin” deyirlər.

Samir

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button