2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fransa Azərbaycan səfirliyinin iki əməkdaşını ölkədən çıxarır

Bakı/27.12.23/Turan: Fransa Xarici İşlər Nazirliyi çərşənbə günü iki azərbaycanlı diplomatın ölkədən çıxarıldığını elan edib.

“Paris nəzərə alır ki Azərbaycanın Fransa səfirliyinin diplomatik heyətinin iki əməkdaşının persona non-qrata elan edilməsi ilə bağlı qərar qəbul edib.

Fransa öz diplomatlarına qarşı Bakı tərəfindən irəli sürdüyü ittihamları qəti şəkildə rədd edir.

Saytların yığılması Saytlarin yigilmasi

Fransa cavab tədbiri olaraq Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını persona non qrata elan edib.

Azərbaycanın Fransadakı səfiri bu gün Xarici İşlər Nazirliyində çağırılıb və ona bu bildirilib”, – Framsanın XİN-in mətbuat xidmətindən bildirilib.

Yada salaq ki, bir gün əvvəl Bakı Fransa səfirliyinin iki əməkdaşının casusluq ittihamı ilə ölkədən çıxarıldığını elan etmişdi.

Bundan əvvəl Paris casusluq ittihamı ilə iki azərbaycanlı jurnalisti deportasiya etmişdi.-0-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button