2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fransa Ermənistana uzaq məsafəli raketlər göndərəcək?

Heç kim Ermənistan ordusunu öz müdafiə qabiliyyətini gücləndirdiyinə görə tənqid edə bilməz. Bu barədə cümə günü Fransa silahlı qüvvələri naziri Sebastyan Lekorn Yerevanda Ermənistanın müdafiə nazirilə keçirdiyi mətbuat konfransında bildirib.

“Mən Ermənistana hansı texnikanın veriləcəyilə bağlı təfərrüatlara varmayacağam, lakin onların hamısının müdafiə əhəmiyyəti var.

Hava hücumundan müdafiə sistemləri haqqında da deməliyəm ki, əgər Ermənistanın onlara ehtiyacı olarsa, sizin sərəncamınızda qısa, orta və digər uzunmənzilli raketlər olacaq”, -fransalı nazir deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Hər dəfə biz erməni tərəfdaşlarımızın operativ ehtiyaclarından çıxış edəcəyik”, – Lekorn deyib.

Öz növbəsində, Ermənistanın müdafiə naziri Suren Papikyan qeyd edib ki, Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra da Ermənistan silah alacaq.

Onun sözlərinə görə, alınan silahlar heç bir ölkəyə qarşı yönəlməyib.

Ermənistan KİV-in məlumatına görə, tərəflər MİSTRAL 3 zenit-raket komplekslərinin göndərilməsinə  dair danışıqlar aparırlar. Bundan əlavə, Fransa Senatında Caesar özüyeriyən artilleriya qurğularının tədarükünün mümkünlüyü müzakirə edilib.

“Figaro” qəzeti yazıb ki, Ground Master radarları (GM200) və gecəgörmə cihazları Ermənistana göndərilib. Thales korporasiyasının istehsal etdiyi radarlar hava obyektlərinin 250 kilometr radiusda tanınmasına imkan verir, gecə optikası isə  Safran korporasiyası tərəfindən istehsal olunub. Ötən il Fransa Ermənistana 24 ədəd  “Bastion” tipli zirehli nəqliyyat vasitəsi verib, 26-ı isə istehsal mərhələsindədir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button