2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fransada karnavalda partlayış: 18 yaralı

Fransanın paytaxtı Paris yaxınlarındakı Villepinte şəhər ətrafında təşkil edilən ənənəvi karnaval zamanı meydana gələn partlamada 5-i ağır olmaqla, 18 nəfər yaralanıb.

Partlayışın karnavalın simvolu olan, ağac və samandan düzəldilmiş nəhəng adamın yandırılması zamanı meydana gəldiyi bildirilib. Partlayışdan alov alan nəhəng adamın ətrafında olan çox sayda adam yaralanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Təhlükəsizlik güclərinin müdaxiləsi ilə bölgə boşaldılıb, karnaval sahəsinə çox sayda polis və jandarma gətirilib. Partlamanın terror hücumu olmadığı açıqlanıb. Səlahiyyətli şəxslər ağac və samandan düzəldilmiş nəhəng adamın asan yanması üçün istifadə edilən  yanıcı maddənin birdən alov almış ola biləcəyi ehtimalı üzərində dayanır.

Partlayış zamanı yaralanan 18 adamın çoxunun uşaq olduğu deyilir. Yaralıların həyati təhlükəsi yoxdur. Nəhəng “adamı” yandırmağa çalışan adamın və şəhərin bələdiyyə başçı köməkçisinin da yaralılar arasında olduğu açıqlanıb.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button