Bizim tərcümə

Fransada nə baş verir? Hər 2 gündə bir qadın öldürülür

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-11-24 13:51:50

Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (Insee) Fransa Ədliyyə Nazirliyi ilə birlikdə qadın qətli ilə bağlı hazırladığı hesabatda son rəqəmlər açıqlanıb. Məlumata görə, 2022-ci ilin əvvəlindən Fransada ümumilikdə 121 qadın qətlə yetirilib. İki gündə bir qadının öldürüldüyü ölkədə öldürülən qadınların 86-nın öz evlərində hücuma məruz qaldığı, 54-nün isə zorakılıq və ya ayrılıq səbəbiylə öldürüldüyü bildirilir.

Məlum olub ki, həyatını itirən qadınlardan 63-ü ana, 6-sı isə uşaqları ilə birlikdə qətlə yetirilib. Qətlə yetirilən qadınlardan 2-nin 5 və 8 aylıq hamilə olduğu qeydə alınıb. 2022-ci ildə Fransada törədilən qadın cinayətlərinə görə 129 uşaq yetim qalarkən, 36 uşaq anası onların gözləri qarşısında öldürülüb. Fransada ilin əvvəlindən 30 qadın zorakılıq, 11 qadın isə intihara cəhd edib.

Saytların yığılması Saytlarin yigilmasi

HƏR İLDƏ 94 MİN QADIN CİNSİ HÜCUM OLUR

Böyük şəhərlərdə 25 min qadın iştirakçı ilə aparılan sorğulara görə, hər iki qadından birinin cinsi təcavüzə məruz qaldığı qeyd edilən Fransada hər il orta hesabla 94 min qadın zorlanır və ya zorlama cəhdinin qurbanı olur. . Fransada 2021-ci ildə 113 qadın, 2020-ci ildə 102 qadın, 2019-cu ildə 153 qadın, 2018-ci ildə 123 qadın, 2017-ci ildə 143 qadın, 2016-cı ildə 131 qadın dünyasını dəyişib.

Hesabatdakı qeydlərə görə, ölkədəki qadınların yarısından çoxu həyatlarında ən azı bir dəfə cinsi təcavüzə və ya təcavüzə məruz qalıb. Bu vəziyyətlərə məruz qalan qadınların ifadələrinə görə, hücum edən hər 10 nəfərdən 9-u qadınların tanıdığı şəxslərdir. 2011-2018-ci illər arasında orta hesabla 18-75 yaş arasında olan 213 min qadın hər il həyat yoldaşları və ya keçmiş partnyorları tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalıb.

Bu, son illərdə anti-islamçılığın artdığı Fransada qadınlara qarşı zorakılıq qeydləri arasındadır. Saxlanılan qeydlərə görə, İslam əleyhinə hücumların yüzdə 75-i qadınları hədəf alır. Əlil qadınların təxminən 80 faizi də zorakılığın qurbanıdır. Bildirilir ki, əlilliyi olan qadınların cinsi zorakılığa məruz qalma ehtimalı qadın əhalinin qalan hissəsinə nisbətən 4 dəfə çoxdur.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button