Bizim tərcüməDünya

Fransadan görüntülər! Səkilər zibillə doldu, camaat maskalardan istifadə etməyə başladı.

Fransada pensiya yaşının artırılmasını ehtiva edən islahat əleyhinə reaksiyalar davam edir. Paytaxt Parisdə ötən həftə işlərini tərk edən təmizlik işçiləri tətillərini davam etdirərkən, küçələri zibil doldurub. Səkidəki zibil səbəbindən yeriməkdə çətinlik çəkən fransızlar çarəni vasitə yollarından istifadə edərək tapıblar.

Zibil yığınlarından ağır qoxu yayılarkən, qoxudan narahat olan insanlar maskalardan istifadə etməyə başlayıblar. Şəhər rəsmilərinin bildirdiyinə görə, təmizlik işçilərinin aksiyası nəticəsində paytaxt küçələrinin yarısında 6600 ton zibil yığılıb. Səkilərdə zibil qalaqları səbəbindən siçovulların yoluxması qorxuludur. Təmizlikçilər tətillərini martın 20-nə kimi davam etdirəcəklər.

Ölkə boyu etirazlara səbəb olan islahatlara əsasən, Fransada pensiya yaşı sentyabrın 1-dən etibarən hər il mərhələli şəkildə 3 ay artırılacaq. Pensiya yaşı 2027-ci ildə 63 yaş 3 aya, 2030-cu ildə isə 64 yaşa çatacaq. 2027-ci ildən tam pensiya almaq üçün 43 il işləmək lazımdır.

y2

Sözügedən islahatlar paketi martın 12-də Senatda keçirilən səsvermədə təsdiqlənib. Paket dünən Birgə Komitədə müzakirə edilib və yekun layihə yekun səsvermə üçün həm Senata, həm də Milli Assambleyaya göndərilib. İslahat paketi bu gün Senatda keçirilən səsvermədə qəbul edilib və Milli Assambleyaya göndərilib. Bununla belə, Fransanın baş naziri Elizabet Borne Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndinin islahatın Milli Məclisdə səsvermə olmadan qəbul edilməsini təmin etmək üçün istifadə ediləcəyini açıqlayıb. (İHA)

y3

Tərcümə“24 SAAT”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button