Bizim tərcüməDünya

FTB-dən TikTok açıqlaması! “Bu, milli təhlükəsizliyimizi təhdid edir”

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Chris Wray, TikTok sosial media platformasına nəzarətin Çin hökumətinin əlində olduğunu bildirərək, bunun ABŞ üçün milli təhlükəsizlik narahatlıqlarını artırdığını bildirib.

Wray, Michigan Universitetində iştirak etdiyi paneldə Çin hökumətinin sosial mediadakı məzmunu manipulyasiya etdiyini söylədi.

Çinin TikTok-da topladığı məlumatları casusluq üçün istifadə edə biləcəyinə işarə edən Wray, “Bütün məlumatlar bizimlə ortaq dəyərləri paylaşmayan bir hökumətin əlindədir. Bu hökumət Birləşmiş Ştatların maraqlarına xidmət etmir. Bu, narahatlıq doğurmalıdır”. dedi.

FTB əvvəllər dəfələrlə bildirib ki, TikTok-da toplanan məlumat Çin hökuməti tərəfindən “pis niyyətlə” istifadə edilə bilər.

AFC

Digər tərəfdən, TikTok Əməliyyatlar rəhbəri Vanessa Pappas sentyabr ayında ABŞ Senatında keçirilən iclasda Çin hökumətinin tətbiqin məlumatlarına çıxışı olmadığını bildirib. (AA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Dünyanın gözü bu açıqlamada idi! Putinin Baydenin çağırışına cavabı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button