Loading...
Loading...
SEÇMƏ

FTB “Rust” filminin çəkilişi zamanı baş verən qətllə bağlı hesabat açıqlayıb

Yayımlandı: 15 Avqust 2022 13:11

Operatorun qəza nəticəsində öldüyü bildirilir

ABŞ-ın Federal Təhqiqat Bürosu (Federal Bureau of Investigation, FBI) “Rust” filminin çəkilişləri zamanı həlak olan operator Qalina Hatçinsin qətlinin təfərrüatlarını açıqlayan hesabat yayıb.

Hesabatda amerikalı aktyor Alek Bolduinin Hatçinsə səhvən atəş açdığı və operatorun qəza nəticəsində öldüyü qeyd edilib.

Alek Bolduin 2021-ci ilin oktyabrında “Rust” filminin atışma səhnəsi lentə alınarkən rejissor Joel Souzanı və 42 yaşlı operator Qalina Hatçinsi yaralayıb.

Qalina Hatçins ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin istintaq zamanı filmin çəkilişlərində saxta odlu silahdan istifadəyə icazə verildiyi bildirilmişdi. Tapançanın hansı şəraitdə real güllələrlə doldurulduğu və aktyorun rejissorla operatoru vurmasının səbəbləri isə açıqlanmamışdı.

Aktyorun vəkillər bəyanat yayaraq bildirmişdilər ki, Bolduinin filmin çəkilişlərində səlahiyyəti yalnız ssenarinin dəyişdirilməsi və aktyor seçiminin təsdiqlənməsi ilə məhdudlaşıb.

2022-ci il aprelin 22-də Nyu-Meksiko ştatının Əməyin Mühafizəsi və Təhlükəsizliyi Tədbirləri Bürosu filmi ərsəyə gətirən “Rust Movie Productions” şirkətinə 136 min 793 dollar cərimə tətbiq edib.

Büro Alek Bolduinin günahsız olduğu qənaətinə gəlib.

Aktyor hadisədən sonra müsahibələrindən birində operatorun ölümündə özünü günahkar hesab etmədiyini bildirmişdi.

Meydan TV

Gözdən qaçırmayın:  “Yavru vatan” hekayəsi: baş nazirin gizli parolu, “Ayşə əməliyyatı” – IV YAZI

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button