2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

G7 Rusiyanı ballistik raketlərlə dəstəkləməməklə bağlı İrana xəbərdarlıq edir

Cümə günü ABŞ və onun G7 üzrə tərəfdaşları İrana kəskin xəbərdarlıq edərək, Rusiyaya ballistik raket göndərməkdən çəkinməyə çağırıblar və Tehranın bunu edəcəyi təqdirdə “mühüm tədbirlər” ilə hədələyiblər, – Turan-ın Vaşinqton müxbiri bildirib.

“İran Ukraynanın mülki əhalisinə hücum üçün istifadə olunan pilotsuz təyyarələri Rusiya rejiminə göndərdikdən sonra ballistik raketlərin və onlarla əlaqəli texnologiyaların Rusiyaya verilməsinin mümkünlüyünü nəzərdən keçirməsi barədə xəbərlərdən çox narahatıq”, – ABŞ, Fransa, Yaponiya, İtaliya, Almaniya, Avropa İttifaqı, İngiltərə və Kanadanın timsalında Böyük yeddilik ölkələrinin – G7 bəyanatında deyilir.

“Əgər İran Rusiyaya ballistik raketlər və ya onlarla əlaqəli texnologiyalar göndərməyə davam edərsə, biz İrana qarşı yeni və mühüm tədbirlər də daxil olmaqla, operativ və koordinasiyalı şəkildə reaksiya verməyə hazırıq”, – sənəddə qeyd olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu xəbərdarlıq  Rusiyanın İran və Şimali Koreya ilə əlaqələrinin dərinləşməsi, hərbi sursat, raket və digər hərbi texnikanın tədarükü ilə bağlı Vaşinqton və Brüsseldə narahatlığın artmasından sonra səslənib.

İrana qarşı mümkün tədbirlərin arasında İran Air-in Avropaya uçuşlarının qadağan edilməsi nəzərdən keçirilir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button