Loading...
Loading...
Texnologiya

Google şirkəti Android-dəki reklam elanlarını daha konfidensial edəcək

    Google şirkəti Android istifadəçiləri üçün öz platformasının konfidensiallıq səviyyəsini yüksəldərək online reklam sisteminə ciddi dəyişikliklər əlavə etməyi planlaşdırır. Lakin bu dəyişikliklər yalnız 2 ildən sonra baş verəcək. Google bildirib ki, Android əməliyyat sistemini konfidensiallıq siyasəti barəsində ciddi dəyişikliklər gözləyir. Qeyd etmək lazımdır ki, keçən il Apple şirkəti buna bənzər dəyişiklikləri iOS-ə əlavə etmişdi və bunun sayəsində mobil reklam bazarına ciddi zərbə vurmuşdu. Belə ki, Apple şirkətinin əlavə etmiş olduğu dəyişikliklər səbəbilə Meta şirkətinin bazar dəyəri 300 milyard dollar aşağı düşmüşdü. Android-də isə dəyişikliklər belə tez zamanda baş verməyəcək. Şirkət yaxın 2 il üçün smartfonların rəqəmlər və hərflərdən ibarət identifikatorlarını qoruyub saxlamaq niyyətindədir. Şirkət ediləcək hər bir dəyişiklik barəsində məlumatı öncədən reklam sahəsinin təmsilçilərinə təqdim edəcək.

    Perspektiv cəhətdən standart identifikatorların əvəzinə digər alətlər gələcəklər. Lakin şirkət bu barədə ətraflı məlumat verməyib. Heç istisna deyil ki, şirkət mobil reklam sistemində hansı yeni alətlərdən istifadə edəcəyi üzrə hələ özü də dəqiq qərar qəbul etməyib. 2020-ci ildə Google bu cür dəyişikliyi reallaşdırmağı planlaşdırırdı. Belə ki, şirkət veb istifadəçilərin cookie fayllar vaitəsilə identifikasiyalarından imtina etməyi hədəfləmişdi. Lakin bu məsələdə ictimaiyyətin narazılıqları səbəbilə Google öz planlarından imtina etməli oldu. Buna görə də smartfon istifadəçiləri üçün yeni texnologiya reklam sahəsinin təmsilçiləri ilə sıx əməkdaşlıq çərçivəsində hazırlanacaq. Google təmsilçisi bu məsələ ilə bağlı təklif edilmiş qərarlardan birini nümunə gətirib.

    Həmin nümunəyə əsasən Android smartfon istifadəçisinin fəaliyyətinin analizi lokal şəkildə reallaşdırıla bilər. Bu halda cihaz istifadəçinin maraqlarını onun tətbiqlərdən necə istifadə etməsi əsasında təyin edəcək və əldə ediləcək nəticələr heç bir istifadəçi məlumatı olmadan hazır şəkildə analitik platformanın serverinə ötürüləcək. Google şirkətinin reallaşdıracağı bu cür dəyişikliklər qlobal miqyaslı ciddi nəticələrə səbəb ola bilər. iPhone-nun ABŞ bazarındakı payı 50% təşkil edir. Lakin Android vasitəsilə çalışan bütün smartfonların dünyadakı ümumi payları 85% təşkil edir. Məsələn Meta şirkəti üçün bu cür dəyişikliklər ciddi gəlir itkilərinə səbəb ola bilər. Bir neçə müddət bundan öncə Meta bildirmişdi ki, o, Apple tərəfindən reallaşdırılmış dəyişikliklər səbəbilə 2022-ci ildə 10 milyard dollar gəlirdən məhrum ola bilər.

24 saat” “Google şirkəti Android-dəki reklam elanlarını daha konfidensial edəcək” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Youtube ilə daha sərt rəqabət?: TikTok 10 dəqiqəlik videoları dəstəkləməyə başlayıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button