2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gözəl Bayramlıya qarşı təxribat; xanım siyasətçi sərhəddə saxlanıldı

AXCP sədrinin müavini Gözəl Bayramlı hakimiyyətin təxribatı ilə üzləşib. O, Gürcüstandan müalicədən qayıdarkən, Azərbaycanın gömrük-keçid məntəqəsində G.Bayramlının çantasına ona məxsus olmayan nəsə qoyaraq, onu saxlayıblar. Bu barədə bu dəqiqələrdə AXCP sədri Əli Kərimli məlumat yayıb. Ə.Kərimlini də G.Bayramlının özü məlumatlandırıb.

AXCP sədri yazır:

Saytların yığılması Saytlarin yigilmasi

İndicə müavinim Gözəl Bayramlı zəng etmişdi. Gözəl xanım xeyli müddətdir ki, Gürcüstanda müalicə olunurdu. Gürcüstandan müalicənin növbəti mərhələsindən qayıdan zaman Qazax gömrük məntəqəsində Gözəl xanımın çantasına nəsə atıb, (hələ nə olduğu bilinmir) onu saxlayıblar. Hakimiyyətə müraciət edirəm: Mübarizəni kişi kimi aparın, heç olmasa, qadın siyasətçiyə qarşı bu namərdliyi etməyin. Bütün qırmızı xətləri keçməyin! Unutmayın ki, bir gün bütün bunlara görə cavab vermək də var!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button