2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gözəl Bayramlı barəsində cinayət işi başlayıb

AXCP sədrinin müavininin çantasından saxta pul çıxdığı bildirilir

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılan AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində cinayət işi qaldırılıb. Bu barədə məlumatı vəkil Elçin Sadıqov yayıb. Onun sözlərinə görə, G.Bayramlı Şəmkirdədir. Onun Bakıya gətirilməsi gözlənilir. 

Hüquq müdafiəçisi Oqtay Gülalıyev isə yazıb ki, G.Bayramlının çantasından 10 min saxta ABŞ dollarının aşkarlandığı iddia olunur:

“Gömrük Keçid Məntəqəsinin əməkdaşları onu saxlayarkən çantasından 10 min saxta ABŞ dolları “çıxarıblar”. Hazırda onu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX), eləcə də Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin əməkdaşları dindirir. Təəssüf ki, bu məlumatları dəqiqləşdirmək imkanları qeyri- mümkündür.

Deyilənlər təsdiqini taparsa bu, Gözəl Bayramlıya, eləcə də onun üzvü olduğu AXCP- yə və Milli Şuraya qarşı hazırlanmış növbəti çox iyrənc və bədnam bir tərxibat cəhdidir. Cəhd baş tutsa belə, bu, Gözəl xanımdan və onun təmsil olunduğu təşkilatlardan heç nə aparmayacaq”.

Gözəl Bayramlının mayın 25-də Gürcüstandan qayıdarkən Qazax Sərhəd-Keçid Məntəqəsində saxlanıldığı bildirilir. Bu barədə ilk məlumatı AXCP sədri Əli Kərimli öz “Facebook” səhifəsində yayıb.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button