2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gözəl Bayramlı Tiflisdən izlənilib

Image may contain: 1 person, outdoor

Gözəl Bayramlı Gürcüstana gəldiyi andan izlənilib. Bu barədə Gürcüstanda mühacir həyatı yaşayan jurnalist Əfqan Muxtarlı “facebook” səhifəsində yazıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Gözəl xanım Tiflisə müalicəyə gəlmişdi. Gözəl xanım harda olub, kiminlə görüşüb hər addımı nəzarət altında olub. Gözəl xanım Tiflisdə bir sıra dostlarla görüşüb. Eyni zamanda bu günlərdə həbs edilən Fərman Ceyranlının ailəsinə baş çəkərək vicdan borcunu yerinə yetirib. Daha sonra Daşqın Ağalarlı (red: Tiflisdə yaşayan siyasi mühacir) ilə görüşüblər. Daşqın bəy Gözəl xanımı yola saldıqdan sonra mənimlə görüşüb. Gözəl xanımı izləyən dəstədən 3 nəfər Daşqın bəyi izləyib. Həmin şəxslər bizim görüşdüyümüz kafeyə gəldilər. Onlardan biri uzun müddətdir ki, Tiflisdə yaşayan mühacirləri açıq şəkildə izləyən şəxs idi. Onu həm mən, həm də Daşqın bəy tanıdı. Onlar bir qədər kafedə qaldıqdan sonra kənardan bizi müşahidə etdilər və təxminən yarım saatdan sonra getdilər. Çox güman onları başqaları əvəz edib.”

O, Gözəl Bayramlının həbsinin əvvəlcədən planlaşdırıldığını qeyd edib:

“Son 2 ildə biz belə izləmələrə vərdişliyik. Gözəl xanımın Tiflisdə izlənməsi onu göstərir ki, onun həbsi əvvəlcədən planlaşdırılıb. Bunu həyata keçirən adamlara əvvəldən təlimatlar verilib. Saxta pul əməliyyatı hazırlanıb və çox kobud şəkildə həyata keçirilib. Bunun ardınca hakimiyyət müxalifətin xaricdən maliyyələşməsi barədə nağıllar səsləndiriləcəyi də şübhəsizdir.”

Əfqan Muxtarlı Azərbaycan rejiminin Gürcüstanda müxalifətçiləri izləyən casus şəbəkəsinə malik olduğunu bildirib:
“Azərbaycan hakimiyyəti Gürcüstanda geniş cəsus şəbəkəsi qura bilib. Əsasən, SOCAR-in mühafizə xidməti adı altında bura agentlər yerləşdirir. Və həmin adamlar Azərbaycan dövlətinin maraqlarını yox, birbaşa Əliyevlər ailəsinə xidmət edir. Agentləri işi Tiflisdə olan, bura gələn fəalları, QHT nümayəndələrini və jurnalistləri izləməkdir. Eynulla Fətullayevin məlum yazısından sonra həbslərin qaçılmaz olduğunu bilirdik. Artıq Eynullanın hədəf göstərdiyi Fərman Ceyranlı və Gözəl xanım həbs edilib.”

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button