2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Güc, gücsüzlüyün etirafı kimi

İctimai rəy hökumət təbliğatını “blok” etdiyinə görə, hökumət informasiya blokadası yaradır

Hökumətin bütün addımları özünüfşanın, özünütəkzibin göstəricisi kimi meydana çıxır. Məsələn, bir tərəfdən mitinqə razılıq verilir, o biri tərəfdən mitinqin kütləviliyinin qarşısını almaq üçün min bir oyundan çıxırlar. Yaxud, bir tərəfdən “xalq bizi seçir” təbliğatı aparılır, o biri tərəfdən seçkilər ən kobud şəkildə pozulur. Yəni, real addımlar aparılan təbliğatla ziddiyyət təşkil edir. Hər məqamda aydın görünür ki, hökumətin özünəinam hissi yoxdur, xalqın nifrətindən xəbərdardılar və hakimiyyəti yalnız qorxu üzərində bərqərar ediblər.
Son günlər isə hökumət birmənalı şəkildə müxalif saytları bloklamağa, internetin sürətini aşağı salmağa, trol komandasının hesabına ictimai rəyi çağdırmağa çalışır. Vəziyyət o həddə çatıb ki, Rabitə nazirliyi ölkəni ən populyar, ən oxunaqlı saytlarının bağlanması üçün məhkəməyə müraciət edib.
Bu məqamda hökumətin daha bir “brak”ı üzə çıxır. Əgər hökumətin tərcümeyi-halı təmiz olsaydı, həqiqətən də korrupsiyaya qarşı mübarizə aparılsaydı, doğurdan da Azərbyacan AzTv-nin təqdim etdiyi kimi görünsəydi, bu qədər qadağalara ehtiyac duyulmazdı. Özündən arxayın olan, fəaliyyəti şəffaf olan hökumət heç nədən çəkinməz, bunun əksini sübut etməyə çalışardı. Amma reallıq o qədər çılpaq görünür ki, nə təkzib etmək, nə gizlətmək mümkün olmur. Hökumət müşahidə edir ki, əlində olan yüzlərlə media resursu ictimai rəydə “qara qəpik” dəyərindədir. Faktiki olaraq hökumət əlindəki resurslarla cəmiyyəti əvvəlki qaydada yatızdıra bilmir. Yeni media bütün inzibati gücü darmadağın edir və hamı hökuməti çirkli libasda görür. Uzun illər ərzində tikilmiş “yalan imarəti”, qısa müddət ərzində sökülür. Artıq sadə vətəndaş da ağıllı telefonlar sayəsində həqiqəti tirajlayan saytlara daxil olur və qısa müddət ərzində real informasiya əldə edir.
Göründüyü kimi hökumətin ölkənin ən böyük xəbər portallarına qarşı hücuma keçməsi gücün deyil, gücsüzlüyün etirafıdır. Etiraf edirlər ki, həqiqəti tirajlayan media resursları qarşısında məğlubdular və sivil qaydada rəqabət yaratmaq iqtidarında deyillər. 21-ci əsrdə dünya ölkələri yeni texnologiyaların ixtirasına yönəlib, Azərbaycan hökuməti isə yeni texnologiyaları sıradan çıxarmağın yollarını ixtira edir.
Reallıq budur ki, ictimai rəy hökumətin bütün təbliğat maşınlarını “blok” edib və hökumət də bunun qarşılığında informasiya blokadası yaratmağa qərar verib.
Amma artıq xeyli məsafə qət olunub, dünya və ölkə icitmaiyyəti hökumətin “material”ından xəbərdardı. Hamı gözəl başa düşür ki, informasiya resurslarına qarşı müharibə elan edilməsi, eybəcərlikləri gizlətmək üçündür. Bu qədər aşırı güc sərfi qorxudan qaynaqlanır.

Saytların yığılması Saytlarin yigilmasi

Samir

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button