2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Güclü yağış Kürdəmirdə fəsadlar törədib

Kürdəmir rayonunda güclü yaşış fəsadlar törədib.
Yağış və sel suları küçə və həyətləri su altında qoyub. Ötən gün axşam saatlarından başlayan yağış bu gün səhər saatlarına qədər davam edib. Yağan güclü yağışdan sonra bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrini və küçələri su basıb. Aramsız yağışlar nəticəsində əmələ gələn sel suları Kürdəmir şəhərinin Bakı prospekti, Məhəmməd Hadi və Azərbaycan küçələrində gölməçələr əmələ gətirib. Rayon mərkəzində sel suları yolları keçilməz hala salıb. Həyətlərə yığılan suyun hündürlüyü 15 santimetrə qədər qalxıb.
Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri yağış suları dolan yerlərdə və həyətlərdə olublar.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tacəddin Novruzov “Report”a bildirib ki, su altında qalan küçələrə su nasosları və texnika cəlb olunub.
Hazırda komissiya küçələrə baxış keçirir. Günün sonuna qədər həmin küçələrdə hərəkət tamamilə bərpa olunacaq.
Report

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button