2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Gün ərzində COVİD-19-a 673 yeni yoluxma hadisəsi qeydə alınıb

Bakı/11.01.22 Son sutkada  koronavirus (COVID-19) infeksiyasına 673 yeni yoluxma faktı qeydə alınıb, 392 nəfər sağalıb, 14 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.

İndiyədək ölkədə ümumilikdə 622 236 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606 311 nəfər müalicə olunaraq sağalıb, 8 471 nəfər vəfat edib, aktiv xəstə sayı 7 454 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 333 test aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda, gün ərzində COVİD-19 əleyhinə 32 735 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 396, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 124 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 215 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 531 165, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 187 462, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 699 487 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 644 216 nəfər təşkil edir. -06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button