2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Gürcü reperlərini klub narkotiklərinə görə ömürlük həbs gözləyir

Saxlanılanların özləri bildirir ki, onları polis şarjı əks olunduğu video klipə görə cəzalandırmaq istəyirlər

Gürcüstanın “Birja Mafias” rep dueti günahları sübuta yetirildiyi halda ömürlük həbs cəzasına məhkum oluna bilər. 21 yaşlı Giorgi Keburia və 28 yaşlı Mişka Mqalobliaşvili iyunun 6-da külli miqdarda psixotrop narkotiklərin alınması və saxlanılmasına görə saxlanılıblar.

Saxlanılanların yaxınları isə deyir ki, Mqalobliaşvili və Keburiaya narkotiki atan hüquq-mühafizə orqanları işçilərinin özləri olub, həbslərinin əsas səbəbi isə musiqi kliplərində polis formasında, boynunda it xaltası, ağzında da sümük olan obrazın göstərilməsidir.

Saytların yığılması Saytlarin yigilmasi

Hüquq-mühafizə orqanları işçilərinin sözlərinə görə, saxlanılan Mqalobliaşvili və Keburiayada 2,3 və 1,5 qram MDMA klub narkotiki aşkar edilib.

Saxlanılanların barəsində iki ay müddətinə həbs tədbiri seçilib. Onlar özlərini günahkar saymır. Məhkəmədə də narkotik aldıqlarını inkar ediblər və bildiriblər ki, həbsləri yuxarıda qeyd olunan kliplə bağlıdır.

Mqalobliaşvilinin sözlərinə görə, saxlanma zamanı ona söyüş yağdırıblar, eyni zamanda da onun video klipin müəllifi olub olmadığını xəbər alıblar.

“Mənə dedilər ki, kimisə bərk acıqlandırmışam, indi də başıma ağıl qoyacaqlar. Sonra da hansısa iş otağına getdik, burada da məni söyüş və təhdidlərlə qarşıladılar –“polisi sevməyən…” və s.”, – Mqalobliaşvili prosesdə deyib.

Giorgi Keburia deyir ki, saxlanma zamanı polis işçiləri ona da klipdən danışıblar: “Ondansa Şaxta baba haqqında oxuyardın – dedilər”, – Keburia danışır.

Reperlərə qarşı irəli sürülən maddə 8 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə və hətta ömürlük həbs cəzası nəzərdə tutur.

Saxlanılanların ailə üzvləri bildirir ki, video klip polis işçilərinə toxunub. Mqaloblişvilinin xanımı Erika Kouplendin sözlərinə görə, bir neçə gün bundan əvvəl video klipin sifarişçisi olan Adjaranet əyləncə veb portalı klipi “Youtube”dan silməyi xahiş edib.

“Mişkaya Adjaranetdən zəng vurub dedilər ki, problemlər yaranıb və klipi pozmağı xahiş etdilər”, – Erika Kouplend danışır.

Reperlərin həbsi “Facebook”da ajiotaja səbəb olub.

“Facebook” istifadəçiləri hesab edir ki, ölkədə anti-humanist narkotik siyasətinin aparılması və hakimiyyətin ondan öz siyasi opponentləri ilə mübarizədə alət kimi istifadə etməsi azmış kimi, burada açıq-aşkar senzura özünü göstərir. İstifadəçilər onlayn rejimdə Vake bağında etiraz aksiya-konserti keçirməyi planlaşdırıb.

Eyni zamanda reperlərin azad edilməsi tələbilə onlayn-petisiya da hazırlanıb.

jam-news.net

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button