2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gürcülərin Avropaya vizasız səyahəti başladı

Baş nazir: ”Gürcüstan Avropa ailəsinə qayıdır”

Saytların yığılması Saytlarin yigilmasi

Martın 28-dən Gürcüstan vətəndaşları Avropa Birliyinin əksər ölkələrinə biometrik pasportlarla, vizasız səyahətə başlayır.

Avropa Komissiyası 2015-ci ilin dekabrında Gürcüstana viza məhdudiyyətlərinin qaldırılmasını tövsiyə etsə də, AB üzvləri arasında danışıqlar keçdi.

Viza rejiminin liberallaşdırılması üzrə danışıqlara paralel olaraq Avropa Parlamenti ilə Avropa Birliyi Şurası vizasız gediş-gəlişin mümkün dayandırılması mexanizmini də müzakirə edib və bu, prosesi yavaşıdıb. Gürcülərin vizasız səyahəti martın 28-dən qüvvəyə minir.

Bu gündən onlar Britaniya və İrlandiyanı çıxmaqla, bütün AB üzvlərinə vizasız gedib-gələ biləcəklər. Bu qayda Şengen zonasına daxil olmayan Norveç, İslandiya, Lixtenşteyn və İsveçrəyə aid deyil.

Gürcüstanın baş naziri Giorgi Kvirikashvili Twitter-də “Gürcüstan Avropa ailəsinə qayıdır”, – deyə yazıb.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button