AZ24SAAT.ORG

Now Reading:
Gürcüstanda yeni prezident ikinci turda seçiləcək

Prezidentliyə Saakaşvili dövrünün iki keçmiş xarici işlər naziri namizəddir

Ötən bazar günü Gürcüstanda keçirilən prezident seçkilərinin birinci turunda qalibi müəyyən etmək mümkün olmayıb.

Namizədlərdən heç biri, birinci turda qalib gəlmək üçün lazım olan səsi toplaya bilməyib.

Hakim “Gürcü Arzusu” partiyasının dəstəklədiyi bitərəf namizəd Salome Zurabişvili 38,61 faiz səs toplayıb, eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat”ının və daha 11 partiyanın ümumi namizədi olan Qriqol Vaşadze isə 37,72 faiz səs alıb.

Qalib gəlmək üçün, səsverənlərin 50%+1 səsi lazım idi.

Seçkilərdə məğlub olduğunu etiraf edən müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze 10,99% səs toplayaraq, ikinci turda Q.Vaşadzeni dəstəkləyəcəyini bəyan edib.

İkinci tura çıxan hər iki namizəd ayrı-ayrı vaxtlarda Gürsüctanın xarici işlər naziri vəzifəsində çalışıblar.

Prezident seçkilərinin ikinci turu dekabrın 1-də keçiriləcək.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.