2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gürcüstanın baş naziri Bakıda və Yerevanda sülh məsələlərini müzakirə edəcək

Martın 16-da Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycana səfər edəcək. Bu barədə o, jurnalistlərə deyib. “Bu şənbə Azərbaycana, gələn həftə isə Ermənistana səfər baş tutacaq”, deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, Bakıda və Yerevanda keçiriləcək görüşlərdə “mühüm məsələlərə” toxunulacaq, onlar arasında sülhün təmin edilməsi də var.

“Regionda sülhü təmin etmək vacibdir və burada, bilirsiniz ki, ölkəmiz həmişə müsbət rol oynayıb, müvafiq olaraq, ikitərəfli münasibətlərin dərinləşdirilməsi və regionumuzda – Cənubi Qafqazda sülhə və sabitliyə dəstək üçün hər şey ediləcək”, deyə o, əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button